Azərbaycanda bir universitet təhsil haqqını ARTIRDI

Ali təhsil müəssisələrinə ixtisas seçimi prosesi yaxınlaşdıqca, həm məzunları, həm də onların valideynlərini düşündürən mühüm məsələlərdən biri də təhsil haqlarıdır. Ödənişli plan yerləri üzrə təhsil haqlarının məbləğinin dəyişməsi bəzi tələbələrin təhsil planlarına, maliyyə imkanlarına və gələcək perspektivlərinə də birbaşa təsir edir.

Bizim.Media xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin (BDU) Mətbuat Xidmətindən "Azərbaycan müəllimi"nə bildirilib ki, 2025/2026-cı tədris ili üzrə BDU-da təhsil haqları ilə bağlı hər hansı əhəmiyyətli dəyişiklik nəzərdə tutulmayıb:
 

"Bu qərar ali təhsilin maliyyə baxımından əlçatanlığının təmin edilməsi, eləcə də tələbələrin və onların ailələrinin sosial-iqtisadi vəziyyətinin nəzərə alınması məqsədilə qəbul edilib. Eyni zamanda, qeyd edirik ki, hazırda BDU-ya qəbul olan tələbələrin orta hesabla 70 faizi dövlət sifarişi əsasında təhsil alır.


Ödənişli əsaslarla qəbul edilən tələbələr isə təhsil haqqının ödənişində çevik mexanizmlərdən yararlana bilirlər. Belə ki, onlar qəbul zamanı təhsil haqqının 50 faizini ödəməklə qeydiyyatdan keçə, qalan məbləğin ödənişini isə semestr imtahanları dövründə tamamlaya bilərlər".

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2025/2026-cı tədris ili üçün təhsil haqlarında heç bir dəyişiklik edilməyib. Lakin universitet bu il magistratura səviyyəsində yeni ixtisas və ixtisaslaşmalarla tədris sahəsini genişləndirib.

ADNSU ilk dəfə olaraq aşağıdakı 4 ixtisas və 8 ixtisaslaşma üzrə magistr hazırlığına başlayacaq:

- "Biznesin təşkili və idarə edilməsi" (MBA) - (Azərbaycan dilində) (ixtisas)

* "İnsan resurslarının idarə olunması" (ixtisaslaşma)

* "Marketinq" (ixtisaslaşma)

* "Ümumi idarəetmə" (ixtisaslaşma)

* "İnformasiya texnologiyalarının idarə edilməsi" (ixtisaslaşma)

* "Əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)

- "İnformasiya təhlükəsizliyi" (ixtisas)

* "Kibertəhlükəsizlik" (ixtisaslaşma)

- "Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi" (ixtisas)

* "Nəqliyyat logistikası" (ixtisaslaşma)

- "Sənaye mühəndisliyi" (ixtisas)

* "Texnologiya və əməliyyatların idarə edilməsi" (ixtisaslaşma)
 

Bundan başqa, bu il universitet bakalavriat səviyyəsində ilk dəfə ingilis dilində "Data analitikası" ixtisası üzrə tələbə qəbulu həyata keçirəcək. Bu yeniliklər ADNSU-nun təhsil spektrini genişləndirərək tələbələrə daha çox seçim imkanı yaradır.


Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) isə bakalavriat və magistratura səviyyələrində təhsil haqları artıb. Burada bakalavriat və magistratura səviyyələrində bütün ixtisaslar üzrə təhsil haqqı 2300 manatdan 2400 manata, MBA proqramlarında isə 2500 manatdan 2700 manata qalxıb.
Azərbaycan Texniki Universitetində (AzTU) isə 2025/2026-cı tədris ili üçün təhsil haqlarında dəyişiklik yoxdur, əvvəlki ildəki məbləğ olduğu kimi saxlanılıb.

Ümumilikdə 2025/2026-cı tədris ili üçün ölkəmizin aparıcı universitetlərində təhsil haqlarında böyük bir artım müşahidə edilmir.

Bu xüsusilə tələbələrin təhsil xərclərinin artmasının qarşısını almaq və ali təhsilin əlçatanlığını təmin etmək məqsədini güdür. Lakin bəzi universitetlərdə təhsil haqlarında artım baş verib ki, bu da tələbələrin planlarını düzgün qurması üçün diqqətə almalı olduğu mühüm nüanslardan biridir. Yeni ixtisas və proqramların açılması isə tələbələr üçün gələcək karyeralarına əlavə imkanlar yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Subbakalavrlar üçün iki yol var – Məleykə Abbaszadə nələri açıqladı?

Subbakalavrlar üçün iki yol var – Məleykə Abbaszadə nələri açıqladı?

Ürəksızladan uşaq ÖLÜMLƏRİ - Vaxtsız əcəl, yoxsa valideyn səhlənkarlığı – KİMDİR GÜNAHKAR?

Ürəksızladan uşaq ÖLÜMLƏRİ - Vaxtsız əcəl, yoxsa valideyn səhlənkarlığı – KİMDİR GÜNAHKAR?

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

Cəlilabadda dağlıq ərazidəki yanğın tam söndürüldü

“Piyada vurulmalarında günahı təkcə piyadada görmək düzgün deyil” – AYNA rəsmisi

“Piyada vurulmalarında günahı təkcə piyadada görmək düzgün deyil” – AYNA rəsmisi

“Bu klipdə yaşlandığını hiss etdim...” – VİDEO

“Bu klipdə yaşlandığını hiss etdim...” – VİDEO

8-ci sinif şagirdi vəfat etdi – FOTO

8-ci sinif şagirdi vəfat etdi – FOTO

Sentyabrdan bəzi imtahanlar elektronlaşdırılır – DİM sədri

Sentyabrdan bəzi imtahanlar elektronlaşdırılır – DİM sədri

Moped və skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı ARTIB

Moped və skuter sürücülərinin iştirakı ilə baş verən yol qəzalarının sayı ARTIB

İlham Əliyev Bakıda Qurbanqulu Berdiməhəmmədovu belə qarşıladı – FOTO

İlham Əliyev Bakıda Qurbanqulu Berdiməhəmmədovu belə qarşıladı – FOTO

Adı “Qarabağ”la hallanan futbolçu İspaniya klubuna keçir

Adı “Qarabağ”la hallanan futbolçu İspaniya klubuna keçir

Bu il də abituriyentlər ən çox I və III qruplara üstünlük VERİBLƏR

Bu il də abituriyentlər ən çox I və III qruplara üstünlük VERİBLƏR

İradə İbrahimova: “Həyatımda yeni dövr başladı”

İradə İbrahimova: “Həyatımda yeni dövr başladı”

Məleykə Abbaszadə: "Universitetlərə qəbul planı 90 faizdən artıq dolacaq"

Məleykə Abbaszadə: "Universitetlərə qəbul planı 90 faizdən artıq dolacaq"

“Yol-nəqliyyat hadisələri Azərbaycana hər il 3 milyard manat ziyan vurur” – Ərşad Hüseynov

“Yol-nəqliyyat hadisələri Azərbaycana hər il 3 milyard manat ziyan vurur” – Ərşad Hüseynov

İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi

İTV-nin əməkdaşı Kənan M.M.-i məhkəmə ilə hədələdi

Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO

Gənc yazıçımız Türkiyədə ağır qəzaya düşdü - Vəziyyəti ağırdır - FOTO

Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib

Müşfiqabadda yerüstü keçid narkomanların yuvasına çevrilib

Azərbaycan Güləş Federasiyasının rəsmisi ermənilərin iddialarını YALANLADI

Azərbaycan Güləş Federasiyasının rəsmisi ermənilərin iddialarını YALANLADI

Qubada jurnalistlərə süni zəka ilə bağlı təlim keçirilib - FOTO

Qubada jurnalistlərə süni zəka ilə bağlı təlim keçirilib - FOTO

Rusiyada Instagrama görə cərimə olmayacaq

Rusiyada Instagrama görə cərimə olmayacaq

DYP növbəti dəfə sürücülərə XƏBƏRDARLIQ etdi

DYP növbəti dəfə sürücülərə XƏBƏRDARLIQ etdi

Çempionlar Liqasında bu gün “Qarabağ”ın rəqibi BƏLLİ OLACAQ

Çempionlar Liqasında bu gün “Qarabağ”ın rəqibi BƏLLİ OLACAQ

Bakıda qadın sürücü maşını saxlayıb mübahisə etdi, hərəkət iflic oldu – VİDEO

Bakıda qadın sürücü maşını saxlayıb mübahisə etdi, hərəkət iflic oldu – VİDEO

Dəfələrlə ölümə səbəb olurlar... – ANBAAN VİDEO

Dəfələrlə ölümə səbəb olurlar... – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO