Ermənistanın Bjurakan şəhərində heyvanlara qarşı dəhşətli zorakılıq hadisəsi qeydə alınıb. Sosial şəbəkələrdə yayılan görüntülərdə bir kişi itini avtomobilinə bağlayaraq onu küçə boyunca sürüyüb.
Bizim.Media xəbər verir ki, hadisə ictimaiyyətdə böyük hiddət doğurub. İnsanlar hüquq-mühafizə orqanlarından həmin şəxsin məsuliyyətə cəlb olunmasını tələb ediblər.
Məlumata görə, 62 yaşlı kişi Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və itə qarşı qəddarlıq etdiyi avtomobillə birlikdə polis bölməsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır, hüquqi qiymət verilməsi gözlənilir.
Bu fakt, Ermənistan cəmiyyətində zaman-zaman müşahidə olunan insanlıqdan uzaq davranışların təkcə heyvanlarla məhdudlaşmadığını bir daha göstərir. Tarix və faktlar sübut edir ki, ermənilərin qəddarlığı yalnız heyvanlara yönəlməyib, eyni vəhşilik azərbaycanlılara qarşı da dəfələrlə tətbiq olunub.
30 il ərzində Qarabağın işğalı zamanı erməni silahlı qüvvələri tərəfindən azərbaycanlı mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər beynəlxalq hesabatlarda, araşdırma sənədlərində və video-foto materiallarda əksini tapıb.
Azərbaycanlıların diri-diri yandırılması, mülki insanların qətlə yetirilməsi, qəbirlərin dağıdılması, dini məbədlərin təhqir olunması, itkin düşən minlərlə şəxsin taleyi, qurbanların meyitlərinə edilən təhqiramiz davranışlar Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi sistemli zorakılıq siyasətinin nümunələridir.
Bu gün bir itə qarşı törədilən vəhşiliklə bağlı dünyaya səs salan erməni cəmiyyətinin, Qarabağda 30 il ərzində törədilən dəhşətlərə susması, onların "insan hüquqları" anlayışına necə selektiv və ikili standartlarla yanaşdığını da açıq şəkildə göstərir.
Əgər bir cəmiyyət heyvanlara rəhm etmirsə, insanlara qarşı davranışları haqqında danışmaq artıqdır. Ermənistanda bu kimi hadisələrin kökü daha dərindədir və onların ictimai, siyasi və tarixi zəmində formalaşan zorakılıq mədəniyyətindən qaynaqlandığı şübhə doğurmur.
Bizim.Media