Cəlilabadda meşəlik ərazidə yanğın başlayıb. Hadisə rayonun Zopun kəndi ərazisindəki meşə örtüyünün sıx olduğu hissədə qeydə alınıb.
Bizim.Media xəbər verir ki, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və yanğınsöndürmə texnikası cəlb olunub.
Alovun ətraf ərazilərə yayılmaması üçün tədbirlər görülür, yanğının lokallaşdırılması istiqamətində işlər davam etdirilir.
Təxminən 4 hektar ərazidə meşə fonduna və bələdiyyə torpağına aid ərazidə yanğın davam edir. Əraziyə 5 yanğından mühafizə xidmətinin texnikası cəlb edilib. Külək surətləndiyindən yanğının ərazisi genişlənir.
Sabutay, Bizim.Media, Cənub bürosu