Daxili orqanları əhatə edən visseral piy təkcə bədən formasını korlamır, həm də sağlamlıq üçün təhlükəlidir.
Bizim.Media xəbər verir ki, bu piy hormonlar ifraz edərək orqanizmdə iltihabı artırır, təzyiqi yüksəldir və hətta infarkt riskini artırır.
Qadınlarda estrogen səbəbindən piy daha çox qarın və omba nahiyəsində toplanır. Ona görə də bu piylə mübarizə təkcə estetik baxımdan deyil, həm də sağlamlıq üçün vacibdir.
Araşdırmalar göstərir ki, piyin yanması günün vaxtından da asılıdır. Maraqlıdır ki, bu proses qadınlar və kişilərdə fərqli gedir.
Amerikalı alimlər müəyyən ediblər ki, qadınlar üçün səhər idmanla məşğul olmaq daha faydalıdır. Bu cür məşqlər piyin yanmasını sürətləndirir və təzyiqi azaldır. Kişilərə isə daha çox axşam idmanı tövsiyə edilir. Çünki bu zaman dözümlülük, güc və əhval-ruhiyyə artır.
Buna baxmayaraq, ən vacib amil məşqin vaxtından çox, onun müntəzəm olmasıdır. Hətta günün insan üçün rahat olan vaxtında edilən qısa məşqlər belə, ümumiyyətlə idman etməməkdən yaxşıdır.
Bizim.Media