ABŞ Ukrayna üçün NATO ölkələrinə təxminən 10 milyard dollar dəyərində silah satacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Məlumata görə, Ukrayna ABŞ-dan raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri alacaq.
Eyni zamanda Axios-a danışan iki mənbə bildirib ki, bu plan Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirə bilən uzaqmənzilli raketlərin verilməsini də nəzərdə tutur.
Bizim.Media