Masallı rayonunun Güllütəpə kəndi ərazisindən keçən Viləşçay Su Ambarından Cəlilabada gedən magistral su kəmərində baş vermiş qəza nəticəsində suyun verilişində fasilə yaranıb.
Bizim.Media-nən yerli bürosu xəbər verir ki, təmir işlərindən sonra xətt müvəqqəti olaraq bərpa edilsə də, az sonra yenidən nasazlıq baş verib.
İlkin məlumata əsasən, qəzanın səbəbi ərazidə taxıl sahəsinin yandırılması nəticəsində plastik boruların zədələnməsi olub.
Hazırda aidiyyəti qurumlar təmir işlərini bərpa etmək üçün ərazidə çalışır.
Sabutay, Bizim.Media, Cənub bürosu