Gəncədə motosikletlə avtomobilin toqquşması xəsarətlə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində baş verib.
Qəza zamanı 2008-ci il təvəllüdlü motosikletin sürücüsü Kənan Qəhrəmanzadə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu