Araz çayında batan şəxs 17 yaşlı gəncin meyiti sudan çıxarılıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən 2008-ci il təvəllüdlü Süleyman Cahangirlinin meyiti sudan çıxarılaraq adiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
*** 17:18
Araz çayının İmişlinin Göbəktala kəndinin ərazisindən keçən hissəsində yeniyetmə boğulub.
Bizim.Media xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb. Balıq tutan yeniyetmə Süleyman Cahangirli çaya düşərək boğulub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunub.
Hazırda axtarış işləri davam etdirilir.
Bizim.Media