Salatın Xocalıyeva: Ümdə arzum Qarabağın incisi Şuşa şəhərini görməkdir - MÜSAHİBƏ

Həmsöhbətimiz Salatın Xocalıyeva 10 ildən artıqdır ki, Ukraynada hüquqşünas kimi fəaliyyət göstərir. Həmyerlimiz AZƏRTAC-ın Kiyev bürosuna müsahibəsində keçdiyi peşə yolundan, vəkillik təcrübəsindən, Ukrayna müharibəsi zamanı azərbaycanlıların üzləşdiyi problemlərdən və ümdə arzusundan danışıb.

- Ukraynada azərbaycanlı və ukraynalı ailəsində doğulub boya-başa çatmışam. Mən mənşəyimlə fəxr edirəm, köklərimi və ailəmi çox sevirəm. İxtisasca hüquqşünasam, 2017-ci ildə Ukraynada vəkillik fəaliyyəti ilə məşğul olmaq hüququ verən müvafiq sertifikat almışam. Peşə yoluma 2012-ci ildə universiteti bitirdikdən dərhal sonra, o vaxt artıq Ukraynada fəaliyyət göstərən şaquli inteqrasiya olunmuş neft şirkətlərindən birində başladım. Elə oldu ki, mənim hüquqşünas kimi bütün karyeram neft biznesinin ətrafında qurulub.

Həm milli, həm də beynəlxalq xarakterli zəngin peşə təcrübəm var. Bu gün mən fərdi hüquq təcrübəsi ilə hüquq firmasındakı fəaliyyətimi birləşdirirəm.

Eyni zamanda, mütəmadi olaraq Ukrayna Vəkillər Milli Assosiasiyasının Ali Vəkillik Məktəbində tələbələr, gələcək hüquqşünaslar üçün mühazirələr oxuyuram. Ümumiyyətlə, karyera fəaliyyəti və peşəkar inkişaf hazırda vaxtımın böyük bir hissəsini əhatə edir.

- Əslən Azərbaycanın hansı rayonundansınız?

- Rəhmətlik atam, Xocalıyev Məhəmməd İsgəndər oğlu Şəmkir rayonunun Şiştəpə kəndindən olub. Demək olar ki, atam tərəfdən qohumlarımın hamısı hələ də orada yaşayır.

- Necə oldu ki, hüquqşünas peşəsini seçməyə qərar verdiniz?

- Vəkil olmaq qərarım kortəbii və ya situasiya ilə bağlı deyildi. Etiraf edirəm ki, valideynlərim yurisprudensiyadan uzaqdırlar və mənim peşə seçməyimin səbəbini başa düşmədilər. Anam və atam məni həkim, xüsusən də diş həkimi kimi görürdülər. Ancaq heç vaxt təbiət elmləri ilə maraqlanmamışam; uşaqlıqdan tarixi, hüququ sevirdim, politologiya və sosiologiya ilə maraqlanırdım.

Yadımdadır, təxminən 8 yaşım var idi və ailəmə qərarımı elan etdim: “Mən hüquqşünas olacağam!”. Qohumlarım mənim bu açıqlamama şübhə ilə yanaşırdılar, xüsusən də ona görə ki, ötən əsrin 90-cı illəri vəkillik peşəsi və hüquqşünaslığın, eləcə də bütövlükdə cəmiyyətin köklü transformasiyadan keçdiyi dövr idi...

- Nə vaxtsa peşənizi dəyişmək istəyiniz olubmu?

- Peşə seçimimdən heç vaxt peşman olmamışam və məqsədimə çatmaq üçün kifayət qədər çalışmışam. 2005-ci ildə orta məktəbin 9-cu sinfini bitirdikdən sonra Hüquq fakültəsinə daxil oldum, orada tarix və hüquq sahələrini dərindən öyrəndim. Daha dəqiq desəm, məktəbi fərqlənmə diplomu ilə bitirdikdən sonra Odessa Milli Dəniz Universitetinin Hüquq fakültəsinə daxil oldum.

Artıq üçüncü və ya dördüncü kursda oxuyanda, qrup yoldaşlarımın necə məyusluq hissi keçirdikləri və bu peşədən narazı olduqlarını gördüm. Çoxları hüquq sahəsini seçdiyinə peşman olmuşdu. Yəqin ki, mənimlə razılaşarsınız; cəmiyyət bir tərəfdən hüquqşünaslıq, xüsusən də vəkillik peşəsini daha da romantikləşdirir. Digər tərəfdən, bizim peşəmizin “arxa planı” gündəlik iş rejimi və dözüm, diqqət və əzm tələb edən nəhəng intellektual iş prosesi olaraq qalır. “Suyun üzərində” qalmaq üçün daim öyrənmək, bilik və bacarıqları təkmilləşdirmək lazımdır, əks halda, bazardan düşmək riski var. Ona görə də əminəm ki, yuristprudensiya hər kəs üçün deyil.

- Hansı məhkəmə prosesi sizin üçün ən çətin olub?

- Ən çətin konkret bir prosesi qeyd edə bilmərəm. Hər bir proses öz-özlüyündə mürəkkəbdir. Hüquqi və faktiki baxımdan çətin olan məhkəmə prosesləri var. Mən milli əmtəə istehsalçısının maraqlarını təmsil etdiyim bir işi dəstəklədim. Bu prosesdə hüquq biliklərimlə yanaşı, fizika, kimya, iqtisadiyyat biliklərim də kömək oldu. Daha dəqiq deyəcəyəm; onlar qanunu bilməkdən də çox həlledici əhəmiyyət kəsb edirdilər. Həm də elə proseslər var ki, emosional baxımdan çətin olur, məsələn, çətin boşanma prosesi və ya vərəsəlik işləri. Fikrimcə, hər bir hüquqi proses peşəkar çağırışdır, çünki onun necə və kimin xeyrinə bitəcəyini 100 faiz əminliklə etibarlı şəkildə proqnozlaşdırmaq mümkün deyil.

- Bu gün Ukrayna müharibə vəziyyətindədir. Belə bir şəraitdə soydaşlarımız hansı hüquqi prosedurlara xüsusi diqqət yetirməlidir?

- Nəzərə alsaq ki, Ukraynada 2022-ci ilin fevral ayından hərbi vəziyyət hökm sürür, ilk növbədə, ölkədə olan Azərbaycan vətəndaşları təhlükəsizlik və komendant saatı ilə bağlı bütün tələblərə ciddi və mütləq şəkildə əməl etməlidirlər. Həmçinin miqrasiya qanunvericiliyində dəyişikliklərə xüsusi diqqət yetirmək və ölkədə qalmaq hüququ verən sənədlərin aktuallığını mütəmadi olaraq yoxlamaq lazımdır. Hər hansı bir şübhə yaranarsa, praktiki mütəxəssislərlə məsləhətləşməyi tövsiyə edərdim.

- Azərbaycanın işğaldan azad edilmiş əraziləri bərpa olunur. Artıq o bölgələrdə olmusunuz?

- Azərbaycanın həyatında baş verən bütün hadisələri yaxından izləyirəm və bu barədə məlumatlı olmağa çalışıram. Təbii ki, Azərbaycanın rəsmi orqanlarının icazəsi ilə mən işğaldan azad edilmiş ərazilərə, xüsusən də Qarabağın tarixi-mədəni qalasına - Şuşa şəhərinə səfər etmək istərdim.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aysun qızı Sevginin VİDEOSUNU paylaşdı

Aysun qızı Sevginin VİDEOSUNU paylaşdı

Mingəçevirdə paltar mağazası YANDI

Mingəçevirdə paltar mağazası YANDI

Dağıstanda sudan zəhərlənənlərin sayı ARTDI

Dağıstanda sudan zəhərlənənlərin sayı ARTDI

"Real"ın oyunçusu: "Betis" mənim evimdir"

"Real"ın oyunçusu: "Betis" mənim evimdir"

Cəlilabada suyun verilişində yenidən problem YARANIB – Əhali susuz qalıb

Cəlilabada suyun verilişində yenidən problem YARANIB – Əhali susuz qalıb

Masallının 8 kəndində QAZ OLMAYACAQ

Masallının 8 kəndində QAZ OLMAYACAQ

Pistorius: “Rusiya NATO-ya hücum etsə, alman ordusu hərəkətə keçəcək”

Pistorius: “Rusiya NATO-ya hücum etsə, alman ordusu hərəkətə keçəcək”

Rüfət Səfərova ittiham aktı elan olundu

Rüfət Səfərova ittiham aktı elan olundu

Klublararası dünya çempionatının RƏMZİ KOMANDASI

Klublararası dünya çempionatının RƏMZİ KOMANDASI

Kənd təsərrüfatının siyahıyaalınmasına dair qərar DƏYİŞDİ

Kənd təsərrüfatının siyahıyaalınmasına dair qərar DƏYİŞDİ

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

Azərbaycan Ordusunda Tovuz döyüşlərinin ildönümü qeyd olunub

İsrail ordusunun Suriyada GİZLİ ƏMƏLİYYATI: İran zabitləri gecə yatdıqları yerdə…

İsrail ordusunun Suriyada GİZLİ ƏMƏLİYYATI: İran zabitləri gecə yatdıqları yerdə…

“Məzun oldum, amma onsuz...” – Şəhid Anar Novruzovun qızı atasının arzusunu gerçəkləşdirdi – FOTO

“Məzun oldum, amma onsuz...” – Şəhid Anar Novruzovun qızı atasının arzusunu gerçəkləşdirdi – FOTO

Millimizin sabiq üzvü “Qəbələ” ilə danışıq aparır – ÖZƏL

Millimizin sabiq üzvü “Qəbələ” ilə danışıq aparır – ÖZƏL

Anar: "Söz verdiyim kimi, vəzifəmdən gedirəm"

Anar: "Söz verdiyim kimi, vəzifəmdən gedirəm"

Araz çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Araz çayında batan yeniyetmənin meyiti sudan çıxarılıb - YENİLƏNİB

Gəncədə ağır qəza: Motosiklet sürücüsü xəstəxanalıq oldu

Gəncədə ağır qəza: Motosiklet sürücüsü xəstəxanalıq oldu

Marsdan düşən meteorit hərraca çıxarıldı – Şok qiymətə satılır

Marsdan düşən meteorit hərraca çıxarıldı – Şok qiymətə satılır

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb - VİDEO

Siyəzəndə dağlıq ərazidə yanğın başlayıb - VİDEO

Ucarda AĞIR QƏZA: 3 yaralı var – FOTO

Ucarda AĞIR QƏZA: 3 yaralı var – FOTO

Makronu küncə sıxan arvad SİLLƏSİ - Bricitin cinsiyyətinə Tramp niyə CAVABDEHDİR? - VİDEO

Makronu küncə sıxan arvad SİLLƏSİ - Bricitin cinsiyyətinə Tramp niyə CAVABDEHDİR? - VİDEO

İlkay Gündoğanın "Qalatasaray"a keçəcəyi tarix bəlli oldu

İlkay Gündoğanın "Qalatasaray"a keçəcəyi tarix bəlli oldu

İstilər nə vaxtadək davam edəcək?

İstilər nə vaxtadək davam edəcək?

“Sumqayıt”ın danışıq apardığı serbiyalı futbolçu kimdir?

“Sumqayıt”ın danışıq apardığı serbiyalı futbolçu kimdir?

End of content

No more pages to load

RADİO