"Özəl universitetlər hələ dövlət universitetlərinin nüfuzuna çata bilməyiblər".
Bu sözləri Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu gün keçirilən 2024/2025-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlilinin ictimai müzakirələrinin birinci günündə qeyd edib.
Ancaq o, bir özəl universitetin istisna olduğunu vurğulayıb:
"Həmin universitetin adını çəkə bilmirəm, amma ballara baxsanız, görəcəksiniz. Kifayət qədər yüksək bal toplayan abituriyent orada təhsil almaq istəyir".
Nəzrin Mirzəyeva, Sadiq Məmmədov, Bizim.Media