Gəncədə avtomobil 80 yaşlı qadını xəstəxanalıq edib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhər ərazisində qeydə alınıb.
Yolu qarşı tərəfə keçmək istəyən piyada, 1945-ci il təvəllüdlü Afət Əliyevanı avtomobil vurub. Müxtəlif dərəcəli xəsarətlər alan qadın xəstəxanaya çatdırılıb.
Ona ilkin tibb yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu