Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, qəza iyulun 12-də qeydə alınıb. Anar Ağayev idarə etdiyi “Chevrolet” markalı maşınla piyada 1940-cı il təvəllüdlü Məhərrəmov Eldar Məmmədəli oğlunu vurub.
Ağır xəsarət alan şəxs iyulun 13-də Kliniki Tibbi Mərkəzdə vəfat edib.
Faktla bağlı Səbail RPİ-də cinayət işi başlanıb. (Qafqazinfo.az)
Bizim.Media