Ağstafada yol-nəqliyyat hadisəsi zamanı piyada xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu qarşı tərəfə keçmək istəyərkən hərəkətdə olan avtomobil onu vurub.
Müxtəlif bədən xəsarətləri alan 57 yaşlı kişi dərhal xəstəxanaya çatdırılıb. Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu