Şəhid ailəsinin üzvləri Cəbrayılda qəzaya düşüblər, yaralılar var.
Bizim.Media xəbər verir ki, ötən gün Camal İsgəndərov "Opel" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
Qəza zamanı sürücü C.İsgəndərov, onun anası Səkinə İsgəndərova, həyat yoldaşı Ramilə İsgəndərova, qızı İlkanə Lətifova və yaxın qohumları Aysaba adlı şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar ilkin yardım göstərdikdən sonra ambulator müalicə üçün evə buraxılıblar.
Qeyd edək ki, Camal İsgəndərovun qardaşı Mübariz İsgəndərov 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid olub.
Oğlu İlkin Camal oğlu İsgəndərov isə 44 günlük Vətən müharibəsi zamanı Füzuli rayon Cuvarlı kəndi istiqamətində şəhid olub.
Ailə üzvləri M.İsgəndərovun Qubadlı rayon Hacılı kəndindəki asılmış lövhəsini və şəhid olduğu yeri ziyarətə gedərkən qəzaya düşüblər.
Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo.az)
Bizim.Media