Göygöldə avtomobil yanıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tulallar kəndində baş verib.
Yaşayış evinin qarşısında saxlanılan “KİA Sorenta” markalı minik avtomobilində anidən yanğın başlayıb və maşının yanar hissələri yanıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Göygöl rayon yanğından mühafizə bölmələrinin texnikaları və canlı qüvvəsi cəlb olunub.
Yanğın söndürülüb, alovun ətraf ərazilərə keçmədinin qarşısı alınıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu