Dünyaca məşhur UFC döyüşçüsü, azərbaycanlı idmançı Rafael Fiziyev Qarabağa səfər edib və bu səfəri ilə bağlı sosial şəbəkələrdə fotoşəkillər paylaşıb.
Bizim.Media xəbər verir ki, Fiziyevin paylaşdığı fotolardan görünür ki, o, Hadrutda və Şuşanın rəmzi məkanlarından biri olan Cıdır düzündə olub.
O, paylaşımına qısa, lakin mənalı bir qeyd əlavə edib: "Qarabağ”.
Bu paylaşım qısa müddətdə on minlərlə bəyənmə və yüzlərlə şərh toplayıb. İzləyicilər Rafael Fiziyevin həm döyüş arenasında, həm də vətən sevgisində örnək olduğunu qeyd ediblər.
Fiziyevin Qarabağa səfəri idman ictimaiyyəti tərəfindən də maraqla qarşılanıb və onun bu jesti Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha dünyaya xatırlatmaq addımı kimi qiymətləndirilib.
Xatırladaq ki, Rafael Fiziyev UFC-də çıxış edən ilk azərbaycanlı döyüşçülərdən biridir və o, öz müsahibələrində dəfələrlə Azərbaycanla qürur duyduğunu, vətən sevgisinin döyüş motivasiyalarının əsas qaynaqlarından biri olduğunu vurğulayıb.
Bizim.Media