Daşkəsəndə baş verən yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Xoşbulaq yolunda baş verib. Rayonun Zağalı kənd sakini 1996-cı il təvəllüdlü Elvin Məmmədov idarəetdiyi avtomobili hərəkətdə olan digər maşına çırpıb.
Nəticədə Elvin və onun qardaşı 44 günlük Vətən Müharibəsi qazisi 1998-ci il təvəllüdlü Eşqin Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Gəncə şəhərində yerləşən tibb müəssisələrinin birinə yerləşdiriliblər.
Yaralılara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin stabil olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu