Manatın sabit məzənnəsi vətəndaşlara və ölkə iqtisadiyyatına nə verir?

Azərbaycan manatının məzənnəsinin növbəti beş ildə də sabit qalacağı proqnozlaşdırılır. "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1.7 manat səviyyəsində saxlanılacaq. Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1.7 manat səviyyəsində müəyyən edib. Bəs manatın məzənnəsinin uzun müddət sabit qalması vətəndaşlara və iqtisadiyyatımıza nə verəcək?

Bizim.Media "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

"İxrac üçün ciddi çətinliklər yarada bilər"

İqtisadçı-ekspert Famil Niftiyev düşünür ki, sabit məzənnə siyasətinin müəyyən müsbət əlamətləri mövcuddur: "Manatın sabitliyi dedikdə, onun məzənnəsinin bazar amillərinə baxmayaraq, qorunması, yəni süni şəkildə sabit saxlanılması başa düşülür. Bu sabitlik, ilk baxışdan, müsbət iqtisadi görüntü yaradır. Əhali və biznes subyektləri üçün daha proqnozlaşdırıla bilən maliyyə mühiti formalaşır. İstehlak mallarının, xüsusilə idxal məhsullarının qiymətində qeyri-sabitlik yaranmır. Dollarla borcu olan şəxslər və müəssisələr üçün valyuta riski azalır. İnflyasiyanın da idarəolunan səviyyədə saxlanılması məhz sabit məzənnənin nəticələrindən biridir. Bundan əlavə, maliyyə sektoru üçün də müəyyən rahatlıq yaranır - banklar üçün risklərin idarə olunması asanlaşır, kredit bazarında qeyri-müəyyənlik azalır".

F.Niftiyevin sözlərinə görə, uzunmüddətli dövr üçün isə sabit məzənnə siyasətinin mənfi tərəfləri mövcuddur: "Əgər manatın məzənnəsi süni şəkildə saxlanılırsa, bu, ixrac üçün ciddi çətinlik yarada bilər. Məsələn, yerli məhsullar xarici bazarda rəqabət qabiliyyətini itirə, istehsalçılar isə qiymət baxımından qeyri-rentabelli mövqeyə düşə bilərlər. Belə olan halda ölkənin ixrac potensialı zəifləyir və bu durum qeyri-neft sektorunun inkişafına mənfi təsir göstərir. Bundan əlavə, yerli istehsal əvəzinə ucuz və keyfiyyətsiz idxal məhsullarına üstünlük verilməsi daxili sənayenin zəifləməsinə səbəb olur. Digər bir risk ondan ibarətdir ki, sabit məzənnəni saxlamaq üçün Mərkəzi Bank daim valyuta bazarına müdaxilə etməlidir. Bu isə Dövlət Neft Fondundan və Mərkəzi Bankın ehtiyatlarından ardıcıl istifadəni tələb edir. Əgər dünya bazarlarında neftin qiymətində ciddi azalma baş verərsə və valyuta axınları zəifləyərsə, ehtiyatların tükənməsi riski yaranır. Bu ssenaridə qəfil devalvasiya qaçılmaz olur".

Məzənnə sabit olanda spekulyativ gəlir əldə etmək imkanları azalır

İqtisadçının fikrincə, sabit məzənnə rejimi maliyyə sektoruna müəyyən imkanlar təqdim etsə də, bu sahənin inkişaf dinamikasını müəyyən mənada məhdudlaşdırır: "Məsələn, sabit məzənnə dövründə valyuta bazarında spekulyativ gəlir imkanları azalır. Banklar valyuta riski daşımadan kredit vermə üstünlüyü əldə etsə də, bu vəziyyət onları innovativ maliyyə alətləri və məhsullar yaratmağa təşviq etmir. Bu isə bank sektorunda yenilənməni zəiflədir və struktur islahatlarını ləngidir. Mərkəzi Bank bu sabitliyi qorumaq üçün əsasən üç əsas istiqamətdə fəaliyyət göstərir: valyuta bazarına intervensiyalar həyata keçirir, faiz dərəcələri vasitəsilə pul siyasətinə təsir edir və kapital axınlarını nəzarətdə saxlayır. Neft Fondu vasitəsilə hər ay keçirilən valyuta hərraclarında dolların bazara çıxarılması nəticəsində təklif tələbdən yüksək olur və bu da məzənnənin süni şəkildə sabit qalmasını təmin edir".

Makroiqtisadi sabitliyin mühüm komponentlərindən biri F.Niftiyev qeyd edib ki, manatın sabitliyi makroiqtisadi sabitliyin mühüm komponentlərindən biridir. Lakin bu sabitlik yalnız neft gəlirləri və valyuta ehtiyatları ilə qorunduğu müddətdə dayanıqlı deyil: "Məzənnə sabitliyi ilə yanaşı, islahatların aparılması, qeyri-neft sektorunun inkişafı və ixrac bazarlarının genişləndirilməsi də vacibdir. Əks halda, iqtisadiyyat süni sabitlik illüziyası ilə öz zəifliklərini gizlədə bilər. İqtisadi təhlükəsizlik üçün sabitlik qədər çeviklik və dayanıqlılıq da vacibdir".

"Sabit məzənnə daha etibarlıdır"

"İqtisadi Resursların Öyrənilməsi Mərkəzi" İctimai Birliyinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyevin sözlərinə görə, mövcud iqtisadi şəraitin tələbindən dolayı son illər Azərbaycanda sabit məzənnə siyasəti yürüdülür. Əslində Azərbaycan manatının təsbit olunmuş məzənnəsi sırf dollara qarşı məzənnəni müəyyənləşdirib. Digər valyutalara qarşı isə "üzən məzənnə"nin tətbiqini hiss edirik".

R.Atakişiyevin fikrincə, Azərbaycan iqtisadiyyatına inamı formalaşdırmaq, daxili və xarici investisiyaları cəlb etmək üçün sabit məzənnə daha etibarlıdır: "Ölkə daxilində də psixoloji olaraq sabit məzənnə sərfəlidir. Amma qonşu ölkələrdə "üzən məzənnə" tətbiq edilir. Lakin bizdə əhali də tam "üzən məzənnə"yə hazır deyil. "Üzən məzənnə"nin gətirdiyi dalğalanmalara kəskin reaksiya verilir. Bu zaman inflyasiya dərinləşir. Sabit məzənnə isə əhalinin yığımına da təsir edir və inamı artırır".

İqtisadçı bildirib ki, uzunmüddətli praktikada sabit məzənnə heç də yaxşı nəticələr vermir: "Çünki dövlət bu məzənnəni saxlamaq üçün daim tədbirlər görməli olur. Bu tədbirlər Mərkəzi Bank tərəfindən makroiqtisadi siyasət çərçivəsində aparılır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaçmazda güclü yanğın - FOTO

Xaçmazda güclü yanğın - FOTO

3 nəfərin kanalda boğulduğu hadisənin TƏFƏRRÜATI

3 nəfərin kanalda boğulduğu hadisənin TƏFƏRRÜATI

Bakıda sürücülər bu yolda qaydaları niyə pozur? - ƏSAS SƏBƏB - VİDEO

Bakıda sürücülər bu yolda qaydaları niyə pozur? - ƏSAS SƏBƏB - VİDEO

Ən xəsis 3 bürc - onlar pula çox düşkündür

Ən xəsis 3 bürc - onlar pula çox düşkündür

Çörəyin qiyməti artdı: Yeni qiymətlər AÇIQLANDI

Çörəyin qiyməti artdı: Yeni qiymətlər AÇIQLANDI

Göygöldə avtomobil yandı

Göygöldə avtomobil yandı

İsrail Ordusu son sutkada Qəzzada 150 hədəfə zərbə endirdi

İsrail Ordusu son sutkada Qəzzada 150 hədəfə zərbə endirdi

Antalya turist sayına görə daha bir rekorda imza atdı

Antalya turist sayına görə daha bir rekorda imza atdı

Pandemiyanın cəmiyyətimizə gətirdiyi 5 BƏLA

Pandemiyanın cəmiyyətimizə gətirdiyi 5 BƏLA

Şərurda ailə FACİƏSİ: Qardaşı oğlunu qətlə yetirdi

Şərurda ailə FACİƏSİ: Qardaşı oğlunu qətlə yetirdi

Azərbaycanı Universiadada neçə idmançı təmsil edəcək?

Azərbaycanı Universiadada neçə idmançı təmsil edəcək?

Rusiya ordusu Dnepropetrovsk vilayətinin sərhədinə yaxınlaşıb

Rusiya ordusu Dnepropetrovsk vilayətinin sərhədinə yaxınlaşıb

XİN Monteneqronu təbrik etdi

XİN Monteneqronu təbrik etdi

Ərdoğan: "Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yaxından izləyirik"

Ərdoğan: "Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını yaxından izləyirik"

Salyanda avtomobil kanala aşdı: 3 nəfər boğuldu

Salyanda avtomobil kanala aşdı: 3 nəfər boğuldu

Bakı-Tbilisi reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Bakı-Tbilisi reysi ilə bağlı AZAL-dan AÇIQLAMA

Rusiyada azərbaycanlı polis rəisi həbs edildi

Rusiyada azərbaycanlı polis rəisi həbs edildi

Qızmar hava ilə bağlı XƏBƏRDARLIQ

Qızmar hava ilə bağlı XƏBƏRDARLIQ

İtkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı

İtkin düşən 40 yaşlı qadın sosial şəbəkə vasitəsilə tapıldı

Bələdiyyə sədrindən qeyri-adi addım: Yolu özü təmizlədi - VİDEO

Bələdiyyə sədrindən qeyri-adi addım: Yolu özü təmizlədi - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Coşqun Rəhimov bağında nəvələri ilə - FOTO

Coşqun Rəhimov bağında nəvələri ilə - FOTO

Ukraynada azərbaycanlı qadın hərbçi həlak oldu

Ukraynada azərbaycanlı qadın hərbçi həlak oldu

Azyaşlı belə xilas edildi - VİDEO

Azyaşlı belə xilas edildi - VİDEO

End of content

No more pages to load

RADİO