Türkiyənin Aydın vilayətində kağız istehsalı fabrikində zəhərlənmə baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Məlumata görə, təxminən 46 işçi zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edib:
“Fabrikdə nahardan sonra 46 işçi bir müddət sonra qusma və başgicəllənmə şikayətləri ilə xəstəxanalara yerləşdirilib. Tibbi briqadaların müdaxiləsindən sonra bütün işçilər evə buraxılıb”.
Bizim.Media