Şəkidə biçilmiş taxıl sahəsi yanıb.
Taxıl sahəsində başlayan yanğın 15 hektarlıq ərazini əhatə edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, rayonun iri taxılçılıq yaşayış məntəqələrindən biri olan Çayqaraqoyunlu kəndi ərazisində genişmiqyaslı yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsinin texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Yanğının ətraf ərazilərə yayılmasının qarşısı vaxtında alınıb.
Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu