Paytaxtın Xətai rayonu Xudu Məmmədov küçəsində yanğın hadisəsi baş verib.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, ərazidə olan kafenin ağaclıq sahəsində yanğın başlayıb.
Yanğın nəticəsində ətrafı tüstü dumanı bürüyüb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.
Bizim.Media