Sosial şəbəkədə Bakı-Sumqayıt şosesindən Xırdalan dairəsinə qalxan yolda piyadaların təhlükəli vəziyyətə düşdüyünü əks etdirən görüntülər yayılıb.
Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, yayılan kadrlarda ərazidə səkinin olmaması aydın görünür.
Bu səbəbdən piyadalar məcbur qalaraq avtomobillərin intensiv hərəkət etdiyi yolla irəliləyirlər.
Nəticədə onların həyatı birbaşa təhlükə altına düşür.
Bizim.Media