Ağdaşda 14 yaşlı yeniyetmə su kanalında batıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsində qeydə alınıb.
Ağdaş rayon sakini 2011-ci il təvəllüdlü Bakirli Murad Əli oğlu su kanalında çimərkən boğulub. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu