İsmayıllıda 40 yaşlı qadın itkin düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.
Məlumata görə İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.
Sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.
Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.
Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.
Bizim.Media