Mətbuat Şurası: “1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb”

Rusiya Jurnalistlər İttifaqı casusluqda şübhəli bilinənləri dəstəklədiyi halda öz ölkəsində real risk altında olan müstəqil jurnalistlərin müdafiəsində eyni qətiyyəti göstərmir.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Mətbuat Şurasının bəyanatında deyilir.

Mətbuat Şurası Rusiya Jurnalistlər İttifaqının “Sputnik Azərbaycan” agentliyinin bağlanması və rəhbərinin həbsi ilə əlaqədar beynəlxalq ictimaiyyətə açıq məktubuna etiraz əlaməti olaraq bəyanat yayıb.

Qeyd olunub ki, Rusiya Jurnalistlər İttifaqının öz ölkəsində jurnalistlərin təqibi və söz azadlığının məhdudlaşdırılması problemləri ilə ciddi məşğul olmaq əvəzinə, faktiki olaraq bu kəskin məsələləri lazımi diqqətdən kənarda qoyması dərin təəccüb doğurur. Bildirilb ki, müstəqil media nümayəndələrinin çoxsaylı həbs halları və onlara qarşı sistematik təzyiq ictimai və siyasi diskursun periferiyasında qalır:

“Vəziyyətin ciddiliyini beynəlxalq jurnalist və insan hüquqları təşkilatlarının məlumatları da təsdiqləyir. Məlumatlarda bildirilir ki, 1992-ci ildən bəri Rusiyada 50-dən çox jurnalist öldürülüb. Bu zaman əsaslı şübhələr var ki, bu onların peşə fəaliyyəti ilə bağlı olub. Bundan əlavə, 2019-cu ildən 2024-cü ilə qədər ölkədə ən azı 26 jurnalist saxlanılıb və həbs edilib ki, bu da söz azadlığı və müstəqil jurnalistika sahəsində sistemli problemlərin davam etdiyini əyani şəkildə göstərir”.

Şura onu da nəzərə çatdırıb ki, beynəlxalq insan hüquqları təşkilatlarının hesabatlarında Rusiyada müstəqil jurnalistikanın miqyaslı şəkildə azalması müntəzəm olaraq qeyd edilir, ekspertlər 60-70% civarında rəqəmlər göstərirlər. Oxşar nəticələr nüfuzlu mənbələrin materiallarında da göstərilir ki, bu da ölkədə söz azadlığının boğulmasına yönəlmiş sistemli və dərin kök salmış tendensiyanı göstərir:

"Beləliklə, Yuri Şekoçixin, Anna Politkovskaya, Pavel Şeremet, Pol Xlebnikov və bir çox digər tanınmış jurnalistlərin qətl işləri siyasi motivasiyalı olduqları üçün hələ də açılmamış qalır. Rusiyanın Ukraynaya qarşı hərbi kampaniyasının başlamasından sonra media üzərində senzura əhəmiyyətli dərəcədə gücləndi, hər hansı alternativ mövqe aktiv şəkildə yatırılır, öz fikirlərini bildirməyə çalışan jurnalistlər isə təqib və həbslərə məruz qalırlar".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Zaqatalada 2 yaşlı uşaq çayda boğuldu - TƏBİB-dən AÇIQLAMA/FOTO

Zaqatalada 2 yaşlı uşaq çayda boğuldu - TƏBİB-dən AÇIQLAMA/FOTO

Müdafiə və Xarici işlər naziri adından süni intellektlə hazırlanmış saxta xəbərlər YAYILDI - FOTO

Müdafiə və Xarici işlər naziri adından süni intellektlə hazırlanmış saxta xəbərlər YAYILDI - FOTO

“Turan Tovuz” “Traktor”la QARŞILAŞACAQ

“Turan Tovuz” “Traktor”la QARŞILAŞACAQ

Qəzzada atəşkəs danışıqlarının uğuru Netanyahudan asılıdır - HƏMAS

Qəzzada atəşkəs danışıqlarının uğuru Netanyahudan asılıdır - HƏMAS

Tez-tez acmağınızın səbəbi budur

Tez-tez acmağınızın səbəbi budur

“Sumqayıt” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ

“Sumqayıt” daha bir futbolçu ilə RAZILIĞA GƏLDİ

İyulun 12-dən bu bürcə YENİ HƏYAT vəd edildi

İyulun 12-dən bu bürcə YENİ HƏYAT vəd edildi

Aİ-dən Trampın rüsum tətbiqinə REAKSİYA

Aİ-dən Trampın rüsum tətbiqinə REAKSİYA

Pioli rəsmən "Fiorentina"da

Pioli rəsmən "Fiorentina"da

"5 dəqiqəyə 10 min manat qazanıram" - VİDEO

"5 dəqiqəyə 10 min manat qazanıram" - VİDEO

Əhməd Əl Şaraanın Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

Əhməd Əl Şaraanın Azərbaycana səfəri BAŞA ÇATDI - FOTO

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

“Rusiya Jurnalistlər İttifaqının müstəqil mediadan danışmağa mənəvi haqqı yoxdur” - Hacıbəy Heydərli

"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

"Real" Vinisiusla aparılan danışıqları DAYANDIRDI

ABŞ Aİ-yə 30% rüsum tətbiq edəcək

ABŞ Aİ-yə 30% rüsum tətbiq edəcək

Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO

Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO

Suriyanın keçid dövrü Prezidenti Ulu Öndərin məzarını ziyarət etdi

Suriyanın keçid dövrü Prezidenti Ulu Öndərin məzarını ziyarət etdi

Emreli yoxlama oyununda yenə qol vurdu

Emreli yoxlama oyununda yenə qol vurdu

Tehranda güclü partlayış oldu - VİDEO

Tehranda güclü partlayış oldu - VİDEO

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirildi - FOTO

Bakıda Azərbaycan-Ukrayna hökumətlərarası komissiyanın iclası keçirildi - FOTO

Dünyada YENİ DÖVLƏT yaradılır

Dünyada YENİ DÖVLƏT yaradılır

Yalançı media subyektinin gerçəkçi xəfiyyələri –“Sputnik Azərbaycan”ın əməkdaşları əslində KİMDİR?

Yalançı media subyektinin gerçəkçi xəfiyyələri –“Sputnik Azərbaycan”ın əməkdaşları əslində KİMDİR?

"Kəpəz"dən Ehtiram Şahverdiyev QƏRARI

"Kəpəz"dən Ehtiram Şahverdiyev QƏRARI

Qusarda 115 şəhidin şərəfinə xatirə guşəsi YARADILDI- FOTO

Qusarda 115 şəhidin şərəfinə xatirə guşəsi YARADILDI- FOTO

End of content

No more pages to load

RADİO