Şəkidə 87 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə rayonun Turan qəsəbəsində baş verib.
87 yaşlı Abbas Qafarov yaşadığı evin həyətində su mühərrikindən istifadə edərkən qısaqapanma baş verib və onu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu