Rəşid Məciddən JURNALİSTLƏRƏ ÇAĞIRIŞ – “Bu ifadələr sözün dəyərini azaldır”

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid sosial şəbəkə hesabında paylaşım edərək jurnalist və yazarların “dəhşətli”, “şok”, “misilsiz”, “dahiyanə” kimi mübaliğəli ifadələrdən istifadəsinə etirazını bildirib. Onun sözlərinə görə, bu tip ifadələr oxucunun diqqətini cəlb etmək məqsədi daşısa da, həm peşəkar, həm də ədəbi dəyərlərə ziddir.

Maraqlıdır, bu tip ifadələrdən istifadə nəyə zərər vurur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Rəşad Məcid bildirib ki, bir çox jurnalistlər və sosial media istifadəçiləri bu cür şişirdilmiş ifadələrə tez-tez müraciət edirlər:
 

“Sosial şəbəkələrdə fəaliyyət göstərən, özlərini jurnalist adlandıran bəzi şəxslər diqqət çəkmək üçün bu tip ifadələrdən istifadə edirlər. Mənim də diqqətimi dəfələrlə belə başlıqlar çəkib. Amma bu yanaşma ifadənin öz mahiyyətinə zərbə vurur. Hər hadisəyə “şok”, “dəhşətli”, “misilsiz”, “dahiyanə” kimi qiymət verməklə oxucuda süni təsir yaradılır. Bu da zamanla sözün dəyərini azaldır”, - deyə o, bildirib.


Rəşad Məcid qeyd edib ki, adi və ya sadə bir hadisənin sensasiya kimi təqdim olunması cəmiyyətin informasiya həssaslığına mənfi təsir göstərir:

“Hansısa uğur və ya gündəlik bir hadisə dərhal abartılı formada təqdim olunur. Bu isə informasiya balansını pozur, dəyərlərin aşınmasına səbəb olur. Ona görə də bu narahatlığımı paylaşdım. Ümid edirəm ki, həm jurnalistlər, həm də sosial media istifadəçiləri gələcək fəaliyyətlərində bu məqamı nəzərə alacaqlar”.

Aygün Hüseyn, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Uşaqlar arasında yeni virus YAYILDI - VİDEO

Uşaqlar arasında yeni virus YAYILDI - VİDEO

Şəkidə taxıl sahəsi YANDI

Şəkidə taxıl sahəsi YANDI

Millimizin üzvü Azərbaycan klublarına keçmək istəməyib

Millimizin üzvü Azərbaycan klublarına keçmək istəməyib

Şəbnəm yarıçılpaq qızlarla SƏHNƏYƏ ÇIXDI - FOTO

Şəbnəm yarıçılpaq qızlarla SƏHNƏYƏ ÇIXDI - FOTO

Xətai rayonunda obyekt YANIR - VİDEO

Xətai rayonunda obyekt YANIR - VİDEO

Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti TAPILDI

Naftalan sanatoriyasında Özbəkistan vətəndaşının meyiti TAPILDI

“Zirə”dən ayrılan futbolçu “Kəpəz”ə keçir

“Zirə”dən ayrılan futbolçu “Kəpəz”ə keçir

İsrail Livana hücum etdi, “Hizbullah” üzvü öldürüldü

İsrail Livana hücum etdi, “Hizbullah” üzvü öldürüldü

“Zirə” İordaniya klubuna QALİB GƏLDİ

“Zirə” İordaniya klubuna QALİB GƏLDİ

Zelenski Ukraynanın müdafiə nazirinin ABŞ-a səfir təyin ediləcəyinə işarə etdi

Zelenski Ukraynanın müdafiə nazirinin ABŞ-a səfir təyin ediləcəyinə işarə etdi

Gəncədə bıçaqlanan yeniyetmənin SON VƏZİYYƏTİ

Gəncədə bıçaqlanan yeniyetmənin SON VƏZİYYƏTİ

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Bakıya gəldi

“Neftçi”nin transfer etmək istədiyi futbolçu Bakıya gəldi

Xırdalan yolunda SƏKİ PROBLEMİ: Piyadalar həyatlarını riskə atırlar - VİDEO

Xırdalan yolunda SƏKİ PROBLEMİ: Piyadalar həyatlarını riskə atırlar - VİDEO

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

İlham Əliyev Ərdoğana ZƏNG ETDİ

Turist “Van Qoqun kreslosu”nu SINDIRDI - VİDEO

Turist “Van Qoqun kreslosu”nu SINDIRDI - VİDEO

"TikTok-da yarışmağı özümə sığışdırmıram"

"TikTok-da yarışmağı özümə sığışdırmıram"

"Mançester Yunayted"də CİDDİ İTKİ

"Mançester Yunayted"də CİDDİ İTKİ

Ağdaşda yeniyetmə su kanalında BOĞULDU

Ağdaşda yeniyetmə su kanalında BOĞULDU

Gəncədə 14 yaşlı oğlan zarafata görə BIÇAQLANDI

Gəncədə 14 yaşlı oğlan zarafata görə BIÇAQLANDI

“Fənərbağça” “Bavariya” ilə danışıqlara BAŞLADI

“Fənərbağça” “Bavariya” ilə danışıqlara BAŞLADI

Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Qocalmanın əsas SƏBƏBİ - Bu şəxslər xüsusilə risk altındadırlar…

Zaqatalada 2 yaşlı uşaq çayda boğuldu - TƏBİB-dən AÇIQLAMA/FOTO

Zaqatalada 2 yaşlı uşaq çayda boğuldu - TƏBİB-dən AÇIQLAMA/FOTO

Müdafiə və Xarici işlər naziri adından süni intellektlə hazırlanmış saxta xəbərlər YAYILDI - FOTO

Müdafiə və Xarici işlər naziri adından süni intellektlə hazırlanmış saxta xəbərlər YAYILDI - FOTO

“Turan Tovuz” “Traktor”la QARŞILAŞACAQ

“Turan Tovuz” “Traktor”la QARŞILAŞACAQ

End of content

No more pages to load

RADİO