Bakıda yas yasa QARIŞDI: qardaşını qəbiristanlıqda öldürdü - FOTO

2022-ci il sentyabrın 7-də Bakının Sabunçu rayonunda qətl hadisəsi olub. Sentyabrın 7-i saat 13:08-də vətəndaş Şəhriyar Allahverdiyev DİN 102 xidmətinə zəng edərək, qəbristanlıqda qohumu Səyyad İsmayılovun bıçaqlanması barədə məlumat verib.

Polis və prokurorluq əməkdaşları daxil olan məlumat əsasında əraziyə yollanıblar. Məlum olub ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən "Şəhriyar" adlanan qəbristanlıqda baş verib. Baxış zamanı iştirak edən Mobil İsmayılov aşkar olunmuş kişi meyitinin qohumu Səyyad İsmayılova məxsus olduğunu bildirib. Meyitdən bir az kənarda bir ədəd oraq və bıçaq aşkar edilib.

Cinayəti törədən 1966-cı il təvəllüdlü Siyavuş İsmayılov həmin gün saxlanılıb.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bizim.Media xəbər verir ki, Lent.az qətl hadisəsinin istintaq materiallarını əldə edib.

İstintaqla müəyyən edilib ki, sentyabrın 7-i saat 13 radələrində Siyavuş İsmayılov mərhum qohumu Gündüz Məmmədovun dəfn mərasimində iştirak edən zaman aralarındakı ədavətə görə küsülü olduğu doğma qardaşı Səyyad İsmayılovla mübahisə edib.

Səyyad İsmayılov Siyavuşu söyərək, bıçaqla onun üzərinə hücum edib. Bu zaman o, aktiv müqavimət göstərib Səyyadın əlindən kəsici aləti alıb. Buna baxmayaraq Səyyad İsmayılov yerdən götürdüyü kürəklə yenidən Siyavuşun üzərinə hücum edəndə, o, yerdə olan oraqla qardaşına 2 dəfə zərbə endirib. Nəticədə Səyyad ölüb.

İş üzrə dindirilmiş Siyavuş İsmayılov bildirib ki, qardaşı Səyyad valideynlərinə məxsus evi sataraq, onun payına düşən pul vəsaitini verməyib:

"Sentyabrın 7-də yeznəmin qardaşı Əlövsət Qəmbərov mənə zəng edərək, Gündüz adlı qohumumuzun Bakıxanov qəsəbəsində yerləşən qəbristanlıqda dəfn mərasimi olacağını dedi. Qəbristanlığa gələndə çoxlu sayda qohumlarımı, həmçinin, uzun müddət görüşmədiyim qardaşım Səyyadı gördüm.
 

Qardaşım çox qəzəbli idi. Mərhum basdırılandan sonra köməkləşərək, tabutu aparıb yük avtomobilinə qoyduq. Səyyad ünvanıma nalayiq ifadələr işlətdi və əlini belinə ataraq, bıçağı çıxardı. Mən cəld bıçağın tiyəsindən tutaraq, aləti qardaşımın əlindən aldım və yerə atdım. Həmin an barmaqlarım kəsildi.


Səyyad bir neçə metr kənarda olan yerdəki kürəyi götürüb, növbəti dəfə üzərimə hücum etdi. Mobil adlı əmim oğlu aramıza girəndə, Səyyadın ilk zərbəsi ona dəydi. Aldığı zərbə nətibəsində o da yerə yıxıldı. Özümü müdafiə etməkdən ötrü yanımda olan oraqla Səyyadı bir neçə dəfə vurdum. Zərbə qardaşımın boğaz nahiyəsinə dəydi. Bundan sonra qaçaraq, avtomobilə əyləşdim və hadisə yerindən uzaqlaşdım".

Siyavuş İsmayılov qeyd edib ki, ata mülkindən pay bölgüsü almaq üçün məhkəməyə müraciət etməyib:

"Anam, bacılarım və xalam paydan məhrum qalmışıq. Əmim oğluna Səyyadla danışmasını xahiş etdim. Dedim ki, onkoloji xəstəyəm, əgər ev satılıbsa, mənim də haqqımı versin. Dəfn mərasimində Səyyadın olduğunu əvvəlcədən bilsəydim, ora bir bəhanə ilə getməzdim. Qəbiristanlığa gedərkən üzərimdə hər hansı alət yox idi".

Şahid Əlövsət Qəmbərov ifadəsində göstərib ki, Siyavuş və Səyyad İsmayılovlar onun qardaşının qayınlarıdır:

"Sentyabrın 7-də dəfn mərasimi keçirilərkən, arxadan səs-küy gəldiyini eşitdim. Həmin istiqamətdə arxaya baxanda Səyyadla Siyavuşun mübahisə etdiklərini gördüm. Səyyad Siyavuşa kürəklə, Siyavuş isə qardaşını oraqla vurdu. Kömək etmək üçün Səyyadı arxadan əllərimlə tutub saxladım ki, yıxılmasın. Boğazından təzyiqlə qan axırdı. O, hadisə yerində keçindi. Onların nəyə görə mübahisə etdiklərini bilmirəm".

Məhkəmə iclasında Siyavuş İsmayılov ittiham üzrə özünü qismən təqsirli bilib.
 
Məhkəmə Siyavuş İsmayılovun zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, cəzasını yüngülləşdirən hal kimi nəzərə alıb. Onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməyib.
 

Məhkəmə qənaətə gəlib ki, Siyavuş İsmayılovun əməli istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə düzgün tövsif olunub. Odur ki, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə Siyavuş İsmayılov 10 il müddətinə azadlıqdan məhrum olunub.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə YENİLƏNDİ

A seriyasının ən yaxşı qapıçısı ilə müqavilə YENİLƏNDİ

Divandakı ləkələri necə təmizləmək olar? - SADƏ HİYLƏLƏR

Divandakı ləkələri necə təmizləmək olar? - SADƏ HİYLƏLƏR

Xatun İLK DƏFƏ nəvəsi ilə - VİDEO

Xatun İLK DƏFƏ nəvəsi ilə - VİDEO

“Şamaxı” portuqaliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

“Şamaxı” portuqaliyalı yarımmüdafiəçi TRANSFER ETDİ

Şirvanda 23 yaşlı gənc BIÇAQLANDI

Şirvanda 23 yaşlı gənc BIÇAQLANDI

“Araz Naxçıvan” Türkiyə klubuna qalib gələ bilmədi

“Araz Naxçıvan” Türkiyə klubuna qalib gələ bilmədi

Tolik qızı ilə VİDEOSUNU paylaşdı

Tolik qızı ilə VİDEOSUNU paylaşdı

Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərin hamısında qələbə QAZANDI

Azərbaycan son 40 gündə beynəlxalq təşkilatlarda namizəd olduğu seçkilərin hamısında qələbə QAZANDI

“Qarabağ”-“Tvente”: Qələbə və məğlubiyyət

“Qarabağ”-“Tvente”: Qələbə və məğlubiyyət

Tovuz döyüşlərindən 5 il ÖTÜR

Tovuz döyüşlərindən 5 il ÖTÜR

Yeni süni intellekt modeli suallara cavab verərkən Maska İSTİNAD EDİR

Yeni süni intellekt modeli suallara cavab verərkən Maska İSTİNAD EDİR

Həm arıq saxlayır, həm də ürəyə XEYİRDİR - Hazırda mövsümüdür

Həm arıq saxlayır, həm də ürəyə XEYİRDİR - Hazırda mövsümüdür

Milli komandamız Dünya Seriyasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ

Milli komandamız Dünya Seriyasının NÖVBƏTİ MƏRHƏLƏSİNDƏ

Qusarda qadın sahibkarlara dəstək məqsədilə forum KEÇİRİLDİ - FOTO

Qusarda qadın sahibkarlara dəstək məqsədilə forum KEÇİRİLDİ - FOTO

Sabah bu şəhərdə QAZ OLMAYACAQ

Sabah bu şəhərdə QAZ OLMAYACAQ

Tramp Rusiyaya qarşı sanksiyaları BU TARİXDƏ elan edə bilər - VİDEO

Tramp Rusiyaya qarşı sanksiyaları BU TARİXDƏ elan edə bilər - VİDEO

Sevda əri və qızları ilə tətilə GETDİ - VİDEO

Sevda əri və qızları ilə tətilə GETDİ - VİDEO

COVID-in yeni ştammı yayılır- ƏLAMƏTLƏRİ

COVID-in yeni ştammı yayılır- ƏLAMƏTLƏRİ

Azərbaycan basketbolunda İLK: İki klubumuz Avropa Kubokunda mübarizə aparacaq

Azərbaycan basketbolunda İLK: İki klubumuz Avropa Kubokunda mübarizə aparacaq

Xidməti kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri İŞDƏN ÇIXARILDI

Xidməti kabinetində nalayiq hərəkətlərə yol verən şöbə müdiri İŞDƏN ÇIXARILDI

İsrail ordusu HƏMAS-ın 6 komandirini öldürüb

İsrail ordusu HƏMAS-ın 6 komandirini öldürüb

Cəlilabadda 3 otaqlı ev YANDI

Cəlilabadda 3 otaqlı ev YANDI

“Real” dünya çempionatından nə qədər qazanıb?

“Real” dünya çempionatından nə qədər qazanıb?

ABŞ Konqresi Ukraynaya 500 milyon dollar hərbi yardım AYIRDI

ABŞ Konqresi Ukraynaya 500 milyon dollar hərbi yardım AYIRDI

End of content

No more pages to load

RADİO