Ağdamın işğaldan azad olunan ərazisində insan sümükləri aşkarlanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ağdam rayonunun Qızıl Kəngərli kəndində tikinti işləri aparılarkən sümük qalıqları aşkar ediblər.
Məlumata görə əraziyə aidiyyəti üzrə hüquq-mühafizə orqanlarının əməkdaşları baxış keçirib.
Dəqiqləşdirmələr aparılır.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu