Gədəbəydə 27 yaşlı qadın zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Gödəkdərə kənd sakini, 1998-ci il təvəllüdlü Aytac Şabanova dəm qazından zəhərlənib.
Qadın əvvəlcə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, oradan isə Gəncə şəhərində yerləşən tibb müəssisələrindən birinə göndərilib.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyətinin stabil olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu