Araşdırma: Dünyanın ən nadir qan qrupu aşkarlanıb

Fransız tədqiqatçılar nadir genetik mutasiya sayəsində dünyanın 48-ci qan qrupu sistemini müəyyən ediblər.

Bizim.Media “sciencealert.com” saytına istinadla xəbər verir ki, fransız alimləri tərəfindən aparılan araşdırmalar nəticəsində dünyanın ən yeni və eyni zamanda, ən nadir qan qrup sistemlərindən biri “Qvada-mənfi” aşkar edilib. 

Sözügedən kəşf adi qan testi zamanı qeyri-adi reaksiyaların müşahidə olunması ilə başlanıb və son nəticədə qan qrupu təsnifatına mühüm bir əlavəyə gətirib çıxarıb.

Yeni qan qrupu Qvadelupadan olan bir qadında aşkarlanıb və hazırda dünyada bu qrupa sahib olduğu bilinən yeganə insandır. Qadının plazması, hətta onun qardaşları da daxil olmaqla sınaqdan keçirilən bütün donor qan nümunələrinə qarşı güclü immun reaksiyası göstərib ki, bu da uyğun donor tapmağı qeyri-mümkün edib. 
 

Bu kəşf insanlarda mövcud olan çoxsaylı qan qrupu sistemlərinə dair anlayışımızı yenidən nəzərdən keçirməyə vadar edir. Əhalinin böyük əksəriyyətinin tanıdığı A, B, AB və O qan qrupları ilə Rh sistemindən kənarda, beynəlxalq miqyasda tanınan 47 qan qrupu sistemi mövcuddur. Hər bir sistem eritrositlərin səthində yerləşən spesifik zülal və şəkər molekullarına əsasən təyin olunur.


Qvadelupalı xəstənin sirli qanının səbəbini aydınlaşdırmaq üçün alimlər genetik analizlərə müraciət ediblər. Bütün ekzomun ardıcıllığını müəyyənləşdirməklə, yəni 20 mindən artıq insan genini analiz etməklə tədqiqatçılar “PIGZ” adlı gendə mutasiya aşkarlayıblar. Bu gen qırmızı qan hüceyrələrinin səthindəki molekullara şəkər birləşdirilməsi ilə əlaqəli bir fermentin sintezində iştirak edir. 

Mutasiya nəticəsində bu fermentin fəaliyyəti pozulub, nəticədə eritrosit səthində fərqli antigen yaranıb. Yeni yaranmış antigen “Qvada” adlandırılıb və qan qrupu bu əsasda iki altqrupa bölünüb: Qvada-müsbət və Qvada-mənfi. Alimlər bu mutasiyanı laboratoriyada gen redaktə texnologiyası ilə yenidən yaradıb və kəşfin doğruluğunu sübut ediblər. 

Təsdiq olunmuş nəticələrə görə, tədqiq olunan bütün donorlar Qvada-müsbətdirlər, yəni yeni antigenə malikdirlər.

Qvadelupalı xəstə isə Qvada-mənfi olduğuna görə, bu strukturun tam yoxluğu ilə fərqlənir və dünyada tanınan yeganə Qvada-mənfi insandır. Tədqiqatlar, həmçinin bu nadir mutasiyanın xəstənin digər sağlamlıq problemləri ilə əlaqəli ola biləcəyini göstərib. Qadın yüngül əqli qüsurdan əziyyət çəkir və təəssüf ki, iki övladını doğuş zamanı itirib. Bu hallar “PIGZ” genindəki mutasiya ilə əlaqəli ola biləcək inkişaf və nevroloji pozuntuların göstəricisidir. 
 

Daha əvvəlki tədqiqatlar GPI (qlikosilfosfatidilinositol) molekulunun yığılmasında iştirak edən fermentlərdəki mutasiyaların epilepsiya, inkişaf geriliyi və ölü doğuşlarla əlaqəli olduğunu göstərib.


“PIGZ” geni də bu molekulun formalaşmasında əsas mərhələdə iştirak edir. Yeni qan qrupu sistemi Qvada, Beynəlxalq Qanköçürmə Cəmiyyəti tərəfindən təsdiqlənib və dünyanın 48-ci qan qrupu sistemi kimi qəbul edilir. 

Maraqlıdır ki, bu sistem də digər nadir qan qrupları kimi bir xəstəxana laboratoriyasında uyğun donor axtarışı zamanı təsadüfən aşkarlanıb. 

Qrupun adı Qvada, xəstənin Karib mənşəyini və Qvadelupa adasını simvolizə edir. Alimlər bu nadir halların gələcəkdə laboratoriya şəraitində yetişdirilmiş qan hüceyrələri ilə həll edilə biləcəyinə ümid edirlər. Bu məqsədlə kök hüceyrələrdən genetik olaraq dəyişdirilmiş qırmızı qan hüceyrələrinin istehsalı üzərində işlər davam etdirilir.

Qvada halında isə alimlər “PIGZ” genindəki mutasiyanı süni şəkildə tətbiq etməklə Qvada-mənfi qan hüceyrələri istehsal etməyə çalışırlar.

Bu kəşf təkcə transfuziya sahəsində deyil, həm də insan genetik müxtəlifliyi və fərdi tibbi yanaşmalar baxımından mühüm əhəmiyyət daşıyır. Genetik ardıcıllıq texnologiyalarının inkişafı ilə birlikdə daha nadir qan qruplarının aşkara çıxacağı və insan bədənindəki bioloji müxtəlifliyin daha dərindən anlaşılacağı gözlənilir. (Azərtac.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Türkiyəli general Azərbaycana GƏLDİ

Türkiyəli general Azərbaycana GƏLDİ

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Prezidentdən Dövlət Neft Fondu ilə bağlı SƏRƏNCAM

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib - FOTO

Bakı Beynəlxalq Dəniz Limanında əməliyyat-taktiki təlim keçirilib - FOTO

Danışıqlar prosesində YENİ MƏRHƏLƏ – Əbu-Dabi görüşü nələrlə YADDA QALDI?

Danışıqlar prosesində YENİ MƏRHƏLƏ – Əbu-Dabi görüşü nələrlə YADDA QALDI?

Prezident ötən ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

Prezident ötən ilin dövlət büdcəsinin icrasını TƏSDİQLƏDİ

"Danone" LƏĞV OLUNUR

"Danone" LƏĞV OLUNUR

Göyçayda ev yanaraq kül oldu – FOTO/VİDEO

Göyçayda ev yanaraq kül oldu – FOTO/VİDEO

Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - FOTO/VİDEO

Türkiyə üçün tarixi gün: PKK-çılar silahlarını ocağa atdı - FOTO/VİDEO

Bu şəxslərin maaşı 1095 manat oldu – RƏSMİ

Bu şəxslərin maaşı 1095 manat oldu – RƏSMİ

"5 dəqiqəyə 10 min manat qazanıram"

"5 dəqiqəyə 10 min manat qazanıram"

Əhaliyə ŞAD XƏBƏR – Sosial yardımlar artacaq

Əhaliyə ŞAD XƏBƏR – Sosial yardımlar artacaq

Lavrov: Bu, açıq-aşkar ikiüzlülükdür!

Lavrov: Bu, açıq-aşkar ikiüzlülükdür!

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Köhnə avtobusların xətdən çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA

SON DƏQİQƏ! Liseylərə qəbul imtahanının nəticələri AÇIQLANDI

SON DƏQİQƏ! Liseylərə qəbul imtahanının nəticələri AÇIQLANDI

Düyü ilə bu məhsulları yeməyin

Düyü ilə bu məhsulları yeməyin

İş axtaranların NƏZƏRİNƏ! – FOTO

İş axtaranların NƏZƏRİNƏ! – FOTO

Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Türkiyənin 3 klubu “Səbail”in futbolçusu ilə MARAQLANIR

Miqrasiya Xidməti işçilərinin geyim forması belə olacaq – FƏRMAN

Miqrasiya Xidməti işçilərinin geyim forması belə olacaq – FƏRMAN

Güzəştli ipoteka ilə neçə jurnalist ev sahibi olub? - ÖZƏL/RƏSMİ

Güzəştli ipoteka ilə neçə jurnalist ev sahibi olub? - ÖZƏL/RƏSMİ

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı YENİLİK

Tibb fəaliyyəti ilə məşğul olan şəxslərlə bağlı YENİLİK

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

Bağçalara qəbul BAŞLAYIR – BU TARİXDƏN

Bağçalara qəbul BAŞLAYIR – BU TARİXDƏN

Sertifikasiya imtahanından kəsilən həkimlərin NƏZƏRİNƏ!

Sertifikasiya imtahanından kəsilən həkimlərin NƏZƏRİNƏ!

End of content

No more pages to load

RADİO