“Mattel” şirkəti yeni Barbie kuklasını təqdim edib.
Bizim.Media xəbər verir ki, bu kukla bu günədək istehsal edilən Barbie-lərdən olduqca fərqlənir.
Belə ki, şirkət 1-ci tip diabetli ilk Barbie kuklasını təqdim edib.
Yeni kukla Vaşinqtonda keçirilən Breakthrough T1D Uşaq Konqresində təqdim olunub. Bu tədbirdə şəkərli diabetli uşaqlar vacib proqramların maliyyələşdirilməsinin davam etməsi uğrunda mübarizə aparırlar.
Yeni Barbie kuklası parlaq mavi top və ətək geyinmiş gözəl gəlincikdir, lakin onun əsas xüsusiyyəti insulin pompası, fasiləsiz qlükoza ölçən sensor və qanda şəkər səviyyəsini göstərən mobil tətbiqlə təchiz edilməsidir. Bütün bu detallarla hər gün şəkərli diabetlə yaşayan uşaqlar rastlaşırlar və bu dəfə Barbie onların gündəlik reallığını əks etdirir.
Şirkət bu üsulla uşaqlarda empatiya və inklüzivliyi təşviq etmək məqsədi daşıdığını bildirib və ümid edir ki, yeni kukla diabetli uşaqlara özlərini daha inamlı hiss etməyə kömək edəcək.
Qeyd edək ki, “Mattel” uzun illərdir müxtəlifliyi təbliğ edən kuklalar istehsal edir. Şirkətin artıq 175-dən çox fərqli Barbie modeli var: onlardan bəziləri protezlərlə, eşitmə cihazları ilə, vitiliqolu, Daun sindromlu və digər fərqliliklərlə təqdim olunub. Bu kuklalar uşaqlara həm özlərini daha yaxşı anlamağa, həm də ətrafdakılara qarşı empatiya hissi formalaşdırmağa kömək edir, özünəinamı artırır.
Bizim.Media