Kişinyov məhkəməsi prokurorun tələbi ilə Qaqauziyanın rəhbəri Yevgeniya Qutsulun həbs müddətini daha 30 gün uzadıb.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, prokuror Adrian Skutarunun Yevgeniya Qutsulun ev dustaqlığının müddətinin iyulun 13-dən 30 gün müddətinə uzadılması ilə bağlı vəsatəti təmin edilib.
Qutsulun vəkili Nataliya Bayram isə bildirib ki, hakimə təzyiq edildiyinə inandığı üçün bu qərara etiraz edəcək.
Qeyd edək ki, Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı həbs edilib.
Bizim.Media