38 dönərxanada nöqsanlar AŞKARLANDI - FOTO

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyində dönərxanalarda kütləvi qida zəhərlənmələrinin intensiv hal alması nəzərə alınaraq qabaqlayıcı tədbirlərin görülməsi və istehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə İşçi qrupu yaradılıb.

Agentlikdən Bizim.Media-ya bildirilib ki, İşçi qrupu tərəfindən istirahət və bayram günləri də daxil olmaqla Muxtar Respublikada fəaliyyət göstərən dönərxanalarda həyata keçirilmiş monitorinqlər zamanı 38 belə obyektdə sanitar-gigiyenik qaydalara və qida təhlükəsizliyi sahəsindəki texniki-normativ hüquqi aktların tələblərinə əməl edilmədiyi aşkar olunub.

Belə ki, sözügedən dönərxanalarda izləmə sisteminin tətbiq olunmadığı, dönərə əlavə edilməsi nəzərdə tutulan mayonez və sousların müvafiq temperaturda saxlanmadığı, çiy dönərin donunun açılması prosesinin düzgün həyata keçirilmədiyi, ötən günlərdən qalıq qalmış bişmiş dönərin növbəti günlərdə istehlakçılara təqdim olunduğu, işçilərin ilkin və dövri tibbi müayinələrə cəlb edilmədiyi, mal qonşuluğu prinsipinə əməl olunmadığı, bəzi dönərxanalarda su-kanalizasiya sisteminin, dönər aparatlarının nasazlığı və ət dönərlərinin müşayiətedici sənədlərinin olmadığı müəyyən edilib.

Aparılan dövlət nəzarəti tədbirləri çərçivəsində həmin nöqsanların aradan qaldırılması təmin olunub.

Şübhəli məhsul hesab edilən çiy və bişmiş dönərdən, mayonez və souslardan nümunələr götürülərək Naxçıvan Qida Təhlükəsizliyi İnstitutunun və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib, uyğunsuzluq aşkarlanmış məhsullar barəsində müvafiq qərar qəbul olunaraq icra edilib. Nəzarət tədbirləri zamanı yararlılıq müddəti bitmiş 1150 kiloqram çiy dönər məhsulu dövriyyədən kənarlaşdırılıb. Sözügedən məhsul barədə qanunvericiliyə uyğun olaraq müvafiq qərar veriləcək. Daha ciddi nöqsanların aşkarlandığı 6 dönərxananın fəaliyyəti nöqsanlar aradan qaldırılanadək məhdudlaşdırılıb, təkrar baxış zamanı verilmiş tapşırıqların icrası təmin olunan obyektlərin fəaliyyətinə icazə verilib.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

Naxçıvanda ümumi daxili məhsul istehsalı 760 milyon manata yaxın olub

"Liverpul"un oyunçusu yalnız "Real"ı İSTƏYİR

"Liverpul"un oyunçusu yalnız "Real"ı İSTƏYİR

Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

Makaron və ağ çörək beyin üçün TƏHLÜKƏLİDİR

Onlar üçün bu gün varsan, sabah yox! – Arxasına belə baxmadan tərk edən bürclər

Onlar üçün bu gün varsan, sabah yox! – Arxasına belə baxmadan tərk edən bürclər

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

Bu ərazidə İŞIQ OLMAYACAQ

Bu ərazidə İŞIQ OLMAYACAQ

Bakıda motosiklet sürücüsü polisdən qaçaraq xuliqanlıq etdi - ANBAAN VİDEO

Bakıda motosiklet sürücüsü polisdən qaçaraq xuliqanlıq etdi - ANBAAN VİDEO

“Karvan” bu futbolçularla yollarını ayırdı

“Karvan” bu futbolçularla yollarını ayırdı

“Bitcoin”in qiymətində TARİXİ REKORD

“Bitcoin”in qiymətində TARİXİ REKORD

Röyanın qardaşı yeni doğulan oğlu ilə FOTOSUNU paylaşdı

Röyanın qardaşı yeni doğulan oğlu ilə FOTOSUNU paylaşdı

Professor Mirzə Qurbanov VƏFAT EDİB

Professor Mirzə Qurbanov VƏFAT EDİB

12 iyulla bağlı vacib MƏLUMAT

12 iyulla bağlı vacib MƏLUMAT

Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Daha bir rayonda yasda ehsan verilməsi LƏĞV EDİLDİ

Daha bir rayonda yasda ehsan verilməsi LƏĞV EDİLDİ

Milyonların sevimlisindən YENİ İXTİRA: Diabetli “Barbie”... - FOTO

Milyonların sevimlisindən YENİ İXTİRA: Diabetli “Barbie”... - FOTO

Razi oğlunun ÜZÜNÜ GÖSTƏRDİ - VİDEO

Razi oğlunun ÜZÜNÜ GÖSTƏRDİ - VİDEO

Məşhur aktyor tennis matçında YUXULADI

Məşhur aktyor tennis matçında YUXULADI

Ermənistanın işğalı zamanı əsir və girovluqda işgəncələrə məruz qalanlar ifadə verdilər

Ermənistanın işğalı zamanı əsir və girovluqda işgəncələrə məruz qalanlar ifadə verdilər

Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN

Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN

Netanyahu Qəzzada atəşkəsin tam bərpası barədə şərtləri AÇIQLADI

Netanyahu Qəzzada atəşkəsin tam bərpası barədə şərtləri AÇIQLADI

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI

Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI

Prezidentin sosial şəbəkə hesablarında BƏƏ-yə səfəri ilə bağlı paylaşım edilib - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında BƏƏ-yə səfəri ilə bağlı paylaşım edilib - VİDEO

End of content

No more pages to load

RADİO