"Sabah" bu gün Avropa Liqasının 2025/26 mövsümündə mübarizəyə başlayıb.
Bizim.Media xəbər verir ki, Azərbaycan təmsilçisi 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində evdə "Çelye" (Sloveniya) ilə qarşılaşır.
Matçın 3-cü dəqiqəsində təmsilçilərimiz hesabı açıblar.
Qeyd edək ki, “Bank Respublika Arena”da keçirilən görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edir.
Bu komandalar arasında cavab oyunu isə iyulun 17-də Sloveniyada olacaq.
Avropa Liqası, 1-ci təsnifat mərhələsi, ilk oyunlar
10 iyul
20:00. "Sabah" (Azərbaycan) - "Çelye" (Sloveniya) - 1:0 (Birinci hissə)
Qol: Pavol Şafranko, 3
Hakimlər: Daniyar Saxi, Samat Terqeussizov, Sergey Klaçyo, Saken Baiymbet (Qazaxıstan)
“Bank Respublika Arena”
Bizim.Media