Azərbaycan və Özbəkistan Respublikasının Xalq artisti, dosent Gülyanaq Məmmədova Türk Dünyası mədəniyyətinin təbliğindəki xidmətlərinə görə BZT–Turan Akademiyasının Fəxri Doktoru adına layiq görülüb.
Bizim.Media xəbər verir ki, bu barədə sənətçi özü məlumat verib.
Gülyanaq Məmmədova sevincini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşərək, tədbirdən fotolar paylaşıb.
Qeyd edək ki, Gülyanaq Məmmədova uzun illərdir Azərbaycan və ümumilikdə Türk Dünyası musiqisinin təbliği və qorunması istiqamətində fəal yaradıcılıq fəaliyyəti ilə tanınır.
Bizim.Media