“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağına iki azyaşlı övladı ilə birgə əcnəbi qadın yerləşdirilib.
Bu barədə məlumatı Bizim.Media-ya birliyin və sığınacağın rəhbəri Mehriban Zeynalova verib.
O, qeyd edib ki, yerləşdirən qadın və övladları məişət zorakılığına məruz qalıblar:
"Qadın və 2 uşağı polis tərəfindən sığınacağa gətirilib. Əslən mavritaniyalıdırlar. Hazırda mütəxəssislərimiz onlarla işləyir. İlkin qiymətləndirmədən sonra qadın və övladları barədə hansı addım atılacağı məlum olacaq. Ya ölkələrinə göndəriləcək, ya da problemləri həll olunana qədər sığınacaqda qalacaqlar. Uşaqlar hər ikisi körpədir. Qadın övladları ilə birgə həyat yoldaşı tərəfindən məişət zorakılığına məruz qalıb.
Nəzrin Mirzəyeva, Bizim.Media