2025-ci ilin yanvar-may aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkələrində istehlakçılara 1 296.1 milyon manatlıq içki və tütün məmulatları satılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 0.4% çoxdur.
Bizim.Media