“Labubu”nu yeni oyuncaq əvəzləyir: “Wakuku”... – FOTO

Çində “Labubu”nu məşhurluğunu əlindən alan “Wakuku” adlı yeni trend oyuncaqlar geniş yayılır.

Bizim.Media xəbər verir ki, bu barədə “What's on Weibo” nəşri məlumat yayıb.

Yeni oyuncaqlar Çində populyarlıq qazanır və mağazalarda bir neçə saata satılır.

Oyuncaq Şençjen şəhərində yerləşən “Letsvan” şirkəti tərəfindən yaradılıb.

“Wakuku” ilk dəfə 2024-cü ildə satışa çıxarılıb, lakin onun əsl populyarlığı 2025-ci ilin yazında “Labubu”nun uğurundan sonra başlayıb. Oyuncaq “Miniso” mağazalarında satış rekordları qırmağı bacarıb və “Wakuku” hesabı tez bir zamanda Çin sosial şəbəkələrinin üst pilləsinə çatıb.

“Labubu” kimi, “Wakuku” da yumşaq bədəni və vinil üzü olan kiçik bir maskot fiqurudur. Ancaq oxşarlıqlar bununla bitmir. Hər iki oyuncaqda dişləri çıxmış görünüşlü üz ifadələri var (“Wakuku”da yalnız biri var). Hər iki oyuncağın öz “bioqrafiyası” var və hətta adları da oxşardır.

Ancaq “Labubu” meşə elfidirsə, “Wakuku” cəngəllikdən gələn tüklü vəhşidir.

“Labubu” kimi, “Wakuku” da “blind box” formatında - "sürpriz qutular"da buraxılır. Alıcı paketi açana qədər oyuncağın hansı versiyasını alacağını bilmir. Bu yanaşma həyəcanı artırır və alıcını bütün kolleksiyanı, xüsusən də nadir fiqurları toplamağa vadar edir.
 

İlk baxışdan “Wakuku” qəribə görünə bilər. Onun çilləri, ifadəli gözləri, tüklü xəzi, tək qaşı və hiyləgər təbəssümü var. “Wakuku” “Ugly Cute” (çirkin şirin) görünüş trendinə mükəmməl şəkildə uyğun gəlir. Söhbət adi standartlarla eybəcər hesab edilən, eyni zamanda rəğbət və hətta sevgi doğuran şeylərdən gedir.


Çində Z nəsli üçün “Wakuku” sadəcə oyuncaq deyil, dünyaya münasibətini ifadə etmək üsuludur. Gənclər daimi təzyiq şəraitində, yəni imtahanlar, iş, ailə qayğılarında ən azı istirahət etmək və uşaq olaraq qala biləcəkləri qeyri-kamil dünyada yaşamaq üçün bir yol axtarırlar. Uğur arzusundan əl çəkib, belə çirkin-şirin şeylərdə təsəlli tapırlar.

“Vogue Business” yazır ki, bu, uşaq oyuncaqlarının böyüklər auditoriyasını ələ keçirdiyi ilk dəfə deyil. Sadəcə olaraq 1990-cı illərdə “Beanie Babies”, 2016-cı ildə “Pokemon Go”nu və ya 2023-cü ildə “Barbicor”un populyarlığının artmasını xatırlamaq kifayyət edir.

"Hazırda dünyada baş verən hər şeylə, qeyri-müəyyənlik dövründə insanlar özlərini rahat, xoşbəxt və qayğısız hiss edən şeylərə əl atırlar. Bu, özünüzlə apara biləcəyiniz şirin və təsəlliverici bir şeydir" – nəşr qeyd edib.

“Wakuku”nun populyarlığında çinli məşhurların böyük rolu olub. Çinin aparıcı simalarından biri olan Ester Yu cins şalvarına bərkidilmiş “Wakuku” oyuncağı ilə ortaya çıxıb. Olimpiya çempionu Quan Hongchang da bu işdə öz töhfəsini verib. Paris Olimpiadasında o, “Wakuku” ilə yanaşı başqa oyuncaqlarla doldurulmuş heyvanlarla dolu bel çantası ilə məşhurlaşıb.

Brend 2024-cü ildən bəri məşhurlar və blogerlərlə işləyən Çinin ən böyük agentliklərindən biri olan Yuehua Entertainment ilə əməkdaşlıq edir. Oyuncaq “TikTok”da reklam, trend videolar, kütləvi axın videoları vasitəsilə böyük marketinq strategiyasının bir hissəsinə çevrilib.





Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

“Turan Tovuz” braziliyalı futbolçu ilə DANIŞIQ APARIR

Bu ərazidə İŞIQ OLMAYACAQ

Bu ərazidə İŞIQ OLMAYACAQ

Bakıda motosiklet sürücüsü polisdən qaçaraq xuliqanlıq etdi - ANBAAN VİDEO

Bakıda motosiklet sürücüsü polisdən qaçaraq xuliqanlıq etdi - ANBAAN VİDEO

“Karvan” bu futbolçularla yollarını ayırdı

“Karvan” bu futbolçularla yollarını ayırdı

“Bitcoin”in qiymətində TARİXİ REKORD

“Bitcoin”in qiymətində TARİXİ REKORD

Röyanın qardaşı yeni doğulan oğlu ilə FOTOSUNU paylaşdı

Röyanın qardaşı yeni doğulan oğlu ilə FOTOSUNU paylaşdı

Professor Mirzə Qurbanov VƏFAT EDİB

Professor Mirzə Qurbanov VƏFAT EDİB

12 iyulla bağlı vacib MƏLUMAT

12 iyulla bağlı vacib MƏLUMAT

Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Ramiz Məmmədov: “Məqsədimiz “Mingəçevir”i çempion etməkdir”

Daha bir rayonda yasda ehsan verilməsi LƏĞV EDİLDİ

Daha bir rayonda yasda ehsan verilməsi LƏĞV EDİLDİ

Milyonların sevimlisindən YENİ İXTİRA: Diabetli “Barbie”... - FOTO

Milyonların sevimlisindən YENİ İXTİRA: Diabetli “Barbie”... - FOTO

Razi oğlunun ÜZÜNÜ GÖSTƏRDİ - VİDEO

Razi oğlunun ÜZÜNÜ GÖSTƏRDİ - VİDEO

Məşhur aktyor tennis matçında YUXULADI

Məşhur aktyor tennis matçında YUXULADI

Ermənistanın işğalı zamanı əsir və girovluqda işgəncələrə məruz qalanlar ifadə verdilər

Ermənistanın işğalı zamanı əsir və girovluqda işgəncələrə məruz qalanlar ifadə verdilər

Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN

Bu şəxsi görənlər dərhal XƏBƏR VERSİN

Netanyahu Qəzzada atəşkəsin tam bərpası barədə şərtləri AÇIQLADI

Netanyahu Qəzzada atəşkəsin tam bərpası barədə şərtləri AÇIQLADI

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

ANAMA-nın əməkdaşı və nişanlısı avtomobillə kanala düşdü - FOTO - VİDEO

Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI

Rusiya klubu çempionatdan KƏNARLAŞDIRILDI

Prezidentin sosial şəbəkə hesablarında BƏƏ-yə səfəri ilə bağlı paylaşım edilib - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında BƏƏ-yə səfəri ilə bağlı paylaşım edilib - VİDEO

Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü ALQIŞLAYIR

Aİ Azərbaycan və Ermənistan liderlərinin görüşünü ALQIŞLAYIR

"Sabah" "Çelye"yə məğlub oldu - VİDEO

"Sabah" "Çelye"yə məğlub oldu - VİDEO

Kənan MM tamaşaçılardan GİLEYLƏNDİ - “Bədbəxt olmuşuq, ağlayanımız yoxdu”

Kənan MM tamaşaçılardan GİLEYLƏNDİ - “Bədbəxt olmuşuq, ağlayanımız yoxdu”

Qalmaqallı AÇIQLAMA: “O aparıcı dedi ki, Cığatel şairdirmi?!” - VİDEO

Qalmaqallı AÇIQLAMA: “O aparıcı dedi ki, Cığatel şairdirmi?!” - VİDEO

End of content

No more pages to load

RADİO