“Rasionallaşdırma, təxminən,100 məktəbi əhatə edəcək”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim – keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə Bizim.Media-nın müxbirinin sualına cavabında deyib.
Nazir bildirib ki, bu, təbii prosesdir:
“Uşaqları digər kənd məktəbinə daşınması mümkün olan məktəblərdə rasionallaşma aparılacaq. Burada əsas məsələ ondan ibarətdir ki, rasionallaşma apararaq uşaqlara keyfiyyətli təhsil verək. Etiraf edək ki, həmin məktəblərdə keyfiyətli təhsil yoxdur”
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media