“Bakıda növbədə 20 mindən çox valideyn var ki, bağçada yer gözləyir, yer isə yoxdur. Burada tələb təklifi üstələyir”.
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.
O bildirib ki, bəzi şəxslərlə bağça müdirləri arasında sövdələşmə ehtimalı var:
"Bizim bununla bağlı mütəmadi yoxlamalarımız olur. 6 aya 40 bağça direktorunu işdən çıxarmışıq, 100-dən çoxuna isə töhmət və şiddətli töhmət vermişik”.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media