“Xarici dil fənni üzrə Astara rayonunda fəaliyyət göstərən 3 müəllimdən biri ilə əmək münasibətlərimizə son verilib. Bu qərar həmin müəllimlərin göstərdiyi nəticələrin zəif olması ilə əlaqədardır.”
Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
O bildirib ki, xarici dil müəllimlərindən 12% uğur qazana bilib:
"1657 nəfərin əmək müqaviləsinə xitam verilib”.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media