Bu günlərdə Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə təhlükəli lyukla bağlı məlumat vermişdik.
Hansı ki, Rəsul Rza küçəsi 166 ünvanında yerləşən lyuk sakinlər, xüsusilə uşaqlar üçün birbaşa təhlükə mənbəyinə çevrilib.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən qeyd olunan ünvanda müvafiq rayon su-kanal idarəsinin qəza briqadası tərəfindən yerində baxış keçirilib.
MÖVZU İLƏ BAĞLI:
“Kubinka”da TƏHLÜKƏ - Kanalizasiya lyuku ölüm saçır – FOTO/VİDEO
Saytımızın işıqlandırdığı problem qısa müddətdə həllini tapıb. Sözügedən lyukun qapağı yenisi ilə əvəzlənib və ərazidəki təhlükəli vəziyyət aradan qaldırılıb.
Aygün Hüseyn, Bizim.Media