Gecə saatlarında Quba-Xaçmaz yolunun Xaçmazın Yergüc kəndindən keçən hissəsində 16 yaşlı piyadanı "Mercedes" markalı avtomobil vurub.
Bizim.Media xəbər verir ki, ağır xəsarət alan Amid Həmidov Xaçmaz rayon mərkəzi xəstəxanasına çatdırılıb.
İlk tibbi yardımdan sonra yaralı Quba rayon mərkəzi xəstəxanasına göndərilib.
Qəzanın səbəbləri araşdırılır.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu