Qəbələnin Vəndam qəsəbəsində kirayə tutulan mənzillərdən birində bədbəxt hadisə qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, istirahətə gələn ailənin 4 yaşlı övladı gözdən yayınaraq hovuza düşüb və boğulub.
Hadisənin təfərrüatları Qəbələ rayon prokurorluğunda araşdırılır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu