Goranboyda avtomobil gölə düşüb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ağcakənd-Börü yolunda baş verib.
Belə ki, 1999-cu il təvəllüdlü T. İsayev “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Bu zaman maşın yoldan çıxaraq kənarındakı gölə düşüb.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu