Fəlsəfə elmləri doktoru, professor Rəhman Bədəlov vəfat edib.
Bizim.Media xəbər verir ki, onun qızı Heyran Qorçu apa-ya bildirib ki, Rəhman Bədəlov uzun sürən onkoloji xəstəlik səbəbindən 2 saat əvvəl dünyasını dəyişib.
Professorun nəşi sabah Əhmədli qəsəbəsindəki qəbiristanlıqda dəfn olunacaq.
Rəhman Bədəlov 1937-ci ildə Bakıda anadan olub. O, "Qəhrəmanlıq eposunun həqiqəti və bədiiliyi", "Birlikdə yaşamaq və ya İnsanlar demokratiyaya necə gəldi", "Zərdobalı adam: kino üçün sənədli fantaziya" kimi kitabların müəllifi olub. Bundan əlavə, dörd yüzdən çox elmi, maarifləndirici və publisistik məqalə yazıb.
Bizim.Media