“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

“Biz lap əvvəldən təklif etdik ki, qeysəriyyə əməliyyatı ilə uşağı götürün. Amma həkimlər razılaşmadılar. Bildirdilər ki, təbii doğuş olacaq. Bunun üçün də yoldaşıma nəsə dərman veriblər. Axırı da belə”.

Bizim.Media xəbər verir ki, bunu “Teleqraf”a Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəznində olan Perinatal Mərkəzdə doğuş zamanı ölən 33 yaşlı Şəbnəm Kərimovanın həyat yoldaşı İsmayıl Kazımov deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Sabirabadda ana doğuş zamanı öldü


O, hadisəyə görə həkimləri günahlandırıb:

“Yoldaşımı apardım xəstəxanaya. Günorta saat 12-də əlimlə ötürdüm içəri. İki saat sonra gəldilər ki, övladınız sağ-salamat doğulub, təbrik elədilər, gözaydınlığı verdilər, muştuluq alıb getdilər. Mən də sevinc içində oturub gözlədim.

Bu arada gəlib dedilər ki, gedin, uşağı, ananı sonra görərsiniz. Razılaşmadıq, oturub gözlədik. Dedik, icazə verin, görək sonra gedək. Başladı vaxt uzanmağa, beş dəqiqə sonra, 10 dəqiqədə gözləyin, indi içəri keçəcəksiniz və sair. Bir də gördük qan gətizdirirlər. Mən də elə bildim başqasına lazımdır. Sən demə mənim yoldaşıma görə gətirirlərmiş qanı. Qanaxmanı kəsə bilməyiblər, yoldaşım da dünyasını dəyişib. Əlimlə sağ-salamat xəstəxanaya apardığım adamın gecə saat 23-də mənə meyitini verdilər”.

İ.Kazımov həyat yoldaşının ölümündə Perinatal Mərkəzin həkimləri Gültac Vidadi və ginekologiya şöbəsinin baş “mamaça”nı və xəstəxananın baş tibb bacısını əvəz edən Sevinc Hüseynovanı ittiham edir:

“Onlar bizi bu günə qoydu, başımıza oyun açdılar, qaldıq əsir-yesir. Həkimlərdən şikayətçiyəm. Yazılı olaraq hələ heç bir yerə müraciət etməmişəm. Dünən hüquq-mühafizə orqanlarının nümayəndələri orada olub. Orada iki həkimi olub - Sevinc və Gültac, ikisindən də şikayətim var. Bu gün yoldaşımı aparıb dəfn edib gəlmişəm. Gözüm görə-görə mənim yoldaşımı öldürdülər, buna durub baxacam mən?

Ailə başçısının ittihamları ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasının, həkimlər Gültac Vidadi və Sevinc Hüseynovanın mövqeyini öyrənmək isə mümkün olmayıb. Belə ki, adıçəkilən şəxslər agentliyin telefon zənglərinə cavab verməyiblər.

TƏBİB-in rəsmi məlumatına görə, 1992-ci il təvəllüdlü hamilə qadın 07.07.2025-ci il tarixində saat 18:00 radələrində İmişli Rayon Mərkəzi Xəstəxanasından Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə təxliyə olunub:

“Hamiləliyin patologiyası şöbəsinə yerləşdirilən pasiyentə 39-40 həftə hamiləlik, baş gəlişi diaqnozları təyin edilib və zəruri tibbi xidmətlər göstərilib.
 

08.07.2025-ci il tarixində saat 13:50 radələrində doğuşa alınan şəxsin boyu 52 sm., çəkisi 4 kq. 200 qr., cinsi oğlan olan körpəsi dünyaya gəlib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
Zahı qadında profuz qanaxma başlaması qeydə alınıb və aparılan bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 18:00 radələrində onun ölüm faktı qeydə alınıb”.


Xatırladaq ki, 2024-cü ildə də Sabirabad Rayon Mərkəzi Xəstəxanasının doğum evində ana ölümü qeydə alınmışdı. Rayonun Qalağayın kənd sakini, 2000-ci il təvəllüdlü Zəhra Qara qızı Zamanova oktyabrın 26-da uşaq dünyaya gətirmək üçün doğum evinə gətirilib. Zəhra Zamanova reanimasiya şöbəsinə yerləşdirilib, lakin uşaq dünyaya gətirən ananın həyatını xilas etmək mümkün olmayıb. O, ertəsi gün xəstəxanada vəfat edib. Yaxınları Zəhranın ölümündə Gültac Vidadini günahlandırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanlı gimnast Türkiyədə müsabiqədə münsifləri TƏSİRLƏNDİRDİ - VİDEO

Azərbaycanlı gimnast Türkiyədə müsabiqədə münsifləri TƏSİRLƏNDİRDİ - VİDEO

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

“Zirə” Türkiyə klubuna QALİB GƏLDİ

83 nömrəli avtobusların fəaliyyətindən narazılıq var - VİDEO

83 nömrəli avtobusların fəaliyyətindən narazılıq var - VİDEO

Orbandan ETİRAF: “Aİ Rusiya ilə müharibəni uduzub, Ukrayna isə…”

Orbandan ETİRAF: “Aİ Rusiya ilə müharibəni uduzub, Ukrayna isə…”

“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

“Milan” Almaniya klubunun hücumçusunu transfer etmək İSTƏYİR

Yaxşı görmək istəyirsinizsə bu qidalardan ÇOX YEYİN

Yaxşı görmək istəyirsinizsə bu qidalardan ÇOX YEYİN

Tramp Liberiya liderinin mükəmməl ingilis dili səviyyəsinə TƏƏCCÜBLƏNDİ - VİDEO

Tramp Liberiya liderinin mükəmməl ingilis dili səviyyəsinə TƏƏCCÜBLƏNDİ - VİDEO

Türkiyə klubu özbəkistanlı hücumçu TRANSFER ETDİ

Türkiyə klubu özbəkistanlı hücumçu TRANSFER ETDİ

Husilər Qırmızı dənizdə ABŞ gəmisini məhv edib heyət üzvlərini OĞURLADILAR - VİDEO

Husilər Qırmızı dənizdə ABŞ gəmisini məhv edib heyət üzvlərini OĞURLADILAR - VİDEO

Rəqsanə Aysunun keçmiş ərindən DANIŞDI - VİDEO

Rəqsanə Aysunun keçmiş ərindən DANIŞDI - VİDEO

“Lion” klubu barədə qərar dəyişdirildi

“Lion” klubu barədə qərar dəyişdirildi

İlham Əliyevdən BƏƏ prezidentinə HƏDİYYƏ - FOTO

İlham Əliyevdən BƏƏ prezidentinə HƏDİYYƏ - FOTO

Azərbaycanlı professor vəfat etdi - FOTO

Azərbaycanlı professor vəfat etdi - FOTO

Putin indi də Lavrovun müavinini İŞDƏN ÇIXARDI

Putin indi də Lavrovun müavinini İŞDƏN ÇIXARDI

Baş katib: “Rusiya tərəfindən NATO-ya təhdid var”

Baş katib: “Rusiya tərəfindən NATO-ya təhdid var”

“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”

“Çelye”nin baş məşqçisi: “Sabah”la oyuna tam hazırıq”

Bədəndəki 6 gizli YER: Ətrin qoxusu daha uzun müddət qalacaq

Bədəndəki 6 gizli YER: Ətrin qoxusu daha uzun müddət qalacaq

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

“Ukraynada baş verənlərdən narazıyam, buna son qoyulmalıdır” - Tramp

Gəncə-Moskva aviareysi təxirə salındı

Gəncə-Moskva aviareysi təxirə salındı

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

“Benfika” “Beşiktaş”dan 35 milyon TƏLƏB EDİR

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

Rusiyadan deportasiya edilən diaspor rəhbəri: “İcazə verin sakitcə gedim” - VİDEO

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

“Uşağa görə muştuluq aldılar, gecə yoldaşımın meyitini verdilər”

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan etibarən…

Sakinlərin NƏZƏRİNƏ: Sabah saat 10-dan etibarən…

“Kəpəz” müdafiəçisi ilə yollarını ayırdı

“Kəpəz” müdafiəçisi ilə yollarını ayırdı

End of content

No more pages to load

RADİO