Qadınlar bu sahələrdə işləyə bilməzlər – ARAŞDIRMA

Dünyanın sivil ölkələrində kişi və qadınların hüquqları bərabərdir, amma əmək qabiliyyətləri yox... Bu, bir tərəfdən qadınların xeyrinədir, hüquq da sənin tərəfində, komfort da...

Bəs qarşı tərəf?

Qadınlara qarşı belə güzəştli yanaşmalar kişiləri narahat edirmi?

Düzü, çox vaxt özləri də insanın bu zərif “variantı”nın ağır işlərdə çalışmasını istəməzlər, ancaq bəzi ölkələrdə mentalitet qanunları üstələdiyi üçün heç ümumi işlərdə də qadınları yormurlar. Məsələn, İranda qadınlar küçə süpürmür, zibil daşımırlar. Azərbaycanda küçə təmizlikçiləri əksər halda qadınlardan ibarət “komanda” olsa da, ikinci iş bir neçə istisna halları çıxmaq şərtilə kişilərin öhdəsinə düşür.

Ağır işləri kişilərin öz güclü çiyinlərinə götürməklərini anladıq, amma bir məsələ də var ki, ümumiyyətlə bu “kişi işi”dir deyib qadınları yaxın buraxmadıqları işlər də az deyil. Düzdür, son illərdə vəziyyət qadınların xeyrinə dəyişib. Ümumiyyətlə “kişi işi” ifadəsi, cəmiyyətin bəzi təbəqələrində hələ də mövcud olan gender ayrı-seçkiliyini əks etdirən anlayışdır. Bu anlayışa görə bəzi peşələr kişilərə məxsus hesab olunur və qadınların həmin sahələrdə çalışması ya təəccüblə qarşılanır, ya da arzuolunmaz sayılır. Qadınların fiziki və psixoloji olaraq bu işlərə uyğun olmadığını düşünənlər var.

Bu sahələr hansılardır?  

1. Hərb və hüquq-mühafizə orqanları,

2. Tikinti və ağır sənaye,

3. Fəhləlik, qaynaqçılıq, mexanika,

4. Yük və taksi sürücülüyü.

Üzdə qadının “zərif cins” sayılması səbəb göstərilsə də, əslində əxlaqi prinsiplər də öz sözünü deyir. Kişilərin çoxluq təşkil etdiyi bu sahələrdə qadının kişi kollektivində işləməsi xüsusən də şərq  mental düşüncələrə sığmır. Qadının belə sahələrdə işləməsi  həyat yoldaşı və ya atası tərəfindən də yaxşı qarşılanmır.

Bununla belə təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində qadınlara rəsmən qadağan olunmuş peşələr var.

Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli olan işlər siyahısında şaxtaçılıq, mal-qara kəsən, yanğınsöndürən, buldozer maşinisti, bacaların və sobaların təmizləyicisi, təyyarələrə texniki xidmətlə məşğul olan mühəndis kimi işlər yer alır. Amma fiziki işdə işləmədən, rəhbər işçi olaraq və ya sanitar-tibbi xidmətlər göstərən qadınların yeraltı işlərin yerinə yetirilməsinə icazə verilir.

Məlumat üçün bildirək ki, Azərbaycanda 38 sahədə 678 iş yeri üzrə qadın əməyinin tətbiqi qadağandır.  Bundan başqa qadınların 15 kiloqramdan artıq ağır əşyaların qaldırılması və 10 kiloqramlıq əşyanın bir yerdən başqa yerə daşınması işlərinə cəlb edilməsi qadağandır. Dünyanın 104 ölkəsində bu tip qadağalar mövcuddur. Eyni zamanda, 29 ölkədə qadınların gecə növbəsində işləməsinə icazə verilmir.
 

Bəzi ekspertlərə görə, müasir dünyada bu hal cinsiyyətinə görə insanın ayrı-seçkiliyə məruz qalması və əmək hüquqlarının pozulması kimi qəbul olunur.


BMT-nin “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi Konvensiyası”nda da məşğuliyyət sahəsində qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi tövsiyə olunur. Belə ki, indiyədək hərb, siyasət, aviasiya sahələrində də qadınları görmək istəmirdilər. Amma bu sadalanan sahələrin bir çoxunda qadınlar artıq uğurla çalışmağa başlayıb və sübuta yetiriblər ki, problem heç də fiziki gücdə deyil, onun qarşısındakı sosial baryerlərdədir.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb - FOTO

Əli Əsədov Pakistanın federal hüquq və ədliyyə naziri ilə görüşüb - FOTO

ABŞ Dövlət Departamentindən Əbu-Dabi görüşünə reaksiya - EKSKLÜZİV

ABŞ Dövlət Departamentindən Əbu-Dabi görüşünə reaksiya - EKSKLÜZİV

"Balaəlinin mənə 300 manat borcu var, VERMİR"

"Balaəlinin mənə 300 manat borcu var, VERMİR"

Jurnalist olmaq bu ölkədə “cinayət” sayılır? - Onlarla mediaya məhkəmə işi açıldı

Jurnalist olmaq bu ölkədə “cinayət” sayılır? - Onlarla mediaya məhkəmə işi açıldı

Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi YEKUNLAŞDI - FOTO

Azərbaycan-Qazaxıstan "Tərlan-2025” PUA təlimi YEKUNLAŞDI - FOTO

Növbəti İran mollasının cəfəngiyyatı: “Cəhənnəm əhlinin dili türkcədir” – VİDEO

Növbəti İran mollasının cəfəngiyyatı: “Cəhənnəm əhlinin dili türkcədir” – VİDEO

Bu legioner də “Qarabağ”dan AYRILDI

Bu legioner də “Qarabağ”dan AYRILDI

Ermənistan Zəngəzur dəhlizini amerikalılara vermək istəyir? – RƏSMİ AÇIQLAMA

Ermənistan Zəngəzur dəhlizini amerikalılara vermək istəyir? – RƏSMİ AÇIQLAMA

Zenfiradan boşandığı iddia edilən əri ilə PAYLAŞIM - FOTOLAR

Zenfiradan boşandığı iddia edilən əri ilə PAYLAŞIM - FOTOLAR

Ukraynanın bərpasına 14 il vaxt və 1 trilyon dollar lazım olacaq – SENSASİON AÇIQLAMA

Ukraynanın bərpasına 14 il vaxt və 1 trilyon dollar lazım olacaq – SENSASİON AÇIQLAMA

Paşinyan dövlət himninin mətnini DƏYİŞDİ – Növbə gerb və Konstitusiyanındır

Paşinyan dövlət himninin mətnini DƏYİŞDİ – Növbə gerb və Konstitusiyanındır

“Neftçi”dən ayrılan futbolçu hansı kluba KEÇİR?

“Neftçi”dən ayrılan futbolçu hansı kluba KEÇİR?

Bəxtiyar Hacıyev yüksək vəzifəyə təyin olundu

Bəxtiyar Hacıyev yüksək vəzifəyə təyin olundu

Azərbaycanda daun sindromlu xəstələrin sayı AÇIQLANDI – RƏSMİ

Azərbaycanda daun sindromlu xəstələrin sayı AÇIQLANDI – RƏSMİ

Vilayət Eyvazov polislərə tələb qoydu

Vilayət Eyvazov polislərə tələb qoydu

İsraildə İran kəşfiyyatına çalışan şəxs TUTULDU

İsraildə İran kəşfiyyatına çalışan şəxs TUTULDU

Makrondan Britaniya kralına qarşı HÖRMƏTSİZLİK - VİDEO

Makrondan Britaniya kralına qarşı HÖRMƏTSİZLİK - VİDEO

Gülyanaq Məmmədovaya Fəxri doktor adı verildi

Gülyanaq Məmmədovaya Fəxri doktor adı verildi

Gecələr Yasamalda nə baş verir? - Saat 12-dən sonra səsdən yatmaq olmur...

Gecələr Yasamalda nə baş verir? - Saat 12-dən sonra səsdən yatmaq olmur...

Bu ölkələrdə insanlar hamam və duşdan istifadə etmirlər: Onların üçüncü variantı var

Bu ölkələrdə insanlar hamam və duşdan istifadə etmirlər: Onların üçüncü variantı var

Əbu-Dabidə TARİXİ GÖRÜŞ – Hansı razılaşmalar ƏLDƏ OLUNDU?

Əbu-Dabidə TARİXİ GÖRÜŞ – Hansı razılaşmalar ƏLDƏ OLUNDU?

“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

“Nar” AHK Azərbaycan tədbirində rəsmi telekommunikasiya tərəfdaşı kimi iştirak etdi - FOTO

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

Niyaməddin Musayev illərdir küsülü olduğu Musadan danışdı

DTX-dən ƏMƏLİYYAT – "Vaqner"də döyüşmüş iki azərbaycanlı həbs edildi

DTX-dən ƏMƏLİYYAT – "Vaqner"də döyüşmüş iki azərbaycanlı həbs edildi

End of content

No more pages to load

RADİO