Xəbər verdiyimiz kimi Şəki - Oğuz avtomobil yolunun Şəki rayonunun Oraban kəndindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, baş verən qəza nəticəsində Şəki Rayon Mərkəzi Xəstəxanasına 37 yaşlı Könül İmamverdiyeva və 12 yaşlı övladı Ayan İmamverdili daxil olublar.
Yaralılar Təcili Tibbi Yardım briqadasının köməyi ilə gətirilib. Müayinə və müalicələri davam etdirilir. Həkimlər yaralıların vəziyyətləri orta-stabil qiymətləndirir.
Qeyd edək ki, günorta saatlarında Şəki - Oğuz yolunun Şəki rayonunun Oraban kəndindən keçən hissəsində Oğuz sakini 43 yaşlı Sarvan İmamverdiyevin idarə etdiyi 48 BC 127 dövlət nömrəli nişanlı “VAZ-21012” avtomobili ilə 58 yaşlı Rəşid Umarovun idarə etdiyi 77 DA 415 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobillər toqquşub.
Qeyd edək ki, yaralılar “VAZ-21012” avtomobilinin sürücüsü Sarvan İmamverdiyevin ailə üzvləridir .
Faktla bağlı araşdırmalar davam edir.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu